/ / Daşkəsən ictimaiyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı məlumatlandırılıb
Daşkəsən ictimaiyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı məlumatlandırılıb
16.08.2017 [10:06]
Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi və Daşkəsən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanından irəli gələn məsələlərin Daşkəsən rayonunda da icrası ilə bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi professor Ramiz Quliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun aidiyyəti üzrə idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirəni açan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Ə.Abıyev bildirib ki, Prezident İlham Əliyevin ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında müvafiq Fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün ərazilərində və bölgələrində maarifləndirmə işlərinin keçirilməsi ilə bağlı təşkilati dəstəyin verilməsi yerlərdə yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib.
Qeyd edilib ki, həmin Fərmanının rayonda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, görülən işlər nəticəsində dəqiq torpaq balansına nail olunacaq, istifadədə olan torpaqlardakı mövcud uyğunsuzluqlar aradan qaldırılacaq, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı prosesi sürətlənəcək, rayon ərazisindəki torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, torpaqların mühafizəsi sahəsində geniş imkanlar yaranacaqdır.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, eləcə də bələdiyyə xəritələrinin hazırlanması yerlərdə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev tədbir iştirakçılarına məlumat verib ki, artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə 29 rayonda start verilib, 12 rayonda işlər tamamlanıb, 14 rayonda isə tamamlama ərəfəsindədir.
R.Quliyev, həmçinin qeyd edib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaqlardan daha səmərəli istifadə olunması ilə müvafiq təkliflərin hazırlanmasında, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq hüquq münasibətlərinin tənzimlənməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, bir sözlə torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli təmin ediləcəkdir.
Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

