Bakıda Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı işə başlayıb
12.09.2017 [10:13]
Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı işə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər qoyublar.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ, Türkmənistan, Pakistan, Qırğızıstan və digər ölkələrdən olan 300-dək alim və mütəxəssisin qatıldığı konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
ADNSU-nun fəaliyyəti, bu ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələr barədə məlumat verən rektor, konfransın əhəmiyyətindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Ulu öndər Heydər Əliyevin elmin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb.
Bu yaxınlarda İtaliyanın Florensiya şəhərində Kataliz üzrə 13-cü Avropa Konqresi keçirildiyini və həmin beynəlxalq tədbirdə iştirak etdiyini qeyd edən akademik D.Tağıyev konqresə İslam ölkələrindən çoxlu sayda alimlərin qatıldığını, türkdilli ölkələrdə müxtəlif elm sahələrində, o cümlədən kimya elmləri sahəsində səmərəli tədqiqatlar aparıldığını, uğurlu nəticələr qazanıldığını söyləyib.
Akademik D.Tağıyev konfransla bağlı fikirlərini də diqqətə çatdırıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə bir mühüm elmi konfransın keçirilməsinin ölkəmiz və bu ali təhsil ocağı üçün əhəmiyyətini qeyd edib. O, türkdilli ölkələrin tanınmış kimyaçı alimlərinin Bakıda bir araya gəlmələrinin və aparılan təcrübə mübadiləsinin müasir kimya elminin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Hikmət Babaoğlu cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan bəhs edib, Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, Türkiyənin Sakarya Universitetinin professoru Əhməd Tutar və digər alimlər konfransın elmi mübadilələr aparılması, görkəmli alimlərin perspektivli layihələrinin müzakirəsi, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, kimya elmləri və texnologiyaları, bu sahədə aparılan tədqiqatlar, əldə olunan elmi nailiyyətlər müzakirə edilib.
Beynəlxalq konfrans sentyabrın 13-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

