Bilik Fondu Beynəlxalq Müəllimlər Günü münasibətilə Cocuq Mərcanlıya səfər təşkil edib
06.10.2017 [09:56]
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir qrup alim, jurnalist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin prioritet istiqamətlərindən danışıb, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu vurğulayıblar. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamını xatırladan alimlər qısa müddətdə kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.
Görüşdə, həmçinin müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim edilib. ADMİU-nun tələbələri məktəbin kitabxanasına nəşrlər bağışlayıblar. Eyni zamanda, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin müəllimlərinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi məktəbin direktoru Zamin Həziyevə təqdim olunub.
Z.Həziyev dövlətin yerli müəllimlərə göstərdiyi diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulayıb.
Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova da bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib, Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə minnətdarlığını bildirib.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. ADMİU-nun tələbələri isə xalq mahnıları ifa ediblər.
Səfər zamanı Cocuq Mərcanlı məscidində sakinlərlə də görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ildə Azərbaycanda elan edilən “Multikulturalizm İli” çərçivəsində ilk dəfə Heydər məscidində qılınan vəhdət namazının mahiyyəti barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dünyada vəhdət namazının tolerantlıq məkanı olan Azərbaycanda qılınması dünyaya sülh və həmrəylik mesajıdır.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

