Yeni biliklərin qazanılmasında müəllim ən yaxşı köməkçidir
06.10.2017 [09:59]
Sumqayıtdakı “28 May” mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov bu bayramın keçirilməsinə dair qərarın ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verildiyini xatırladıb. Bildirilib ki, Azərbaycanda müəllimlər günü 2000-ci ildən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müəllimləri bayram günü münasibətilə təbrik edib. Bildirilib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminlik müəllim ordusu üçün əziz gündür, şərəfli pedaqoq adını uca tutanlar peşə bayramını qeyd edirlər. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçidir. Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev müəllim əməyini daim yüksək qiymətləndirir, onlara daim diqqət və qayğı göstərir.
Sonra M.İsaqov ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təltif olunmuş müəllimləri təbrik edib, təhsil işçilərinə yüksək nailiyyətlər arzulayıb.
Bir qrup müəllimə Qubadlı rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54

