Daşkəsən şəhərində abadlıq-bərpa işləri həyata keçirilib
13.10.2017 [10:14]
Məlum olduğu kimi, oktyabrın 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısının qarşıda duran vəzifələrlə bağlı nitqindən irəli gələn məsələlərlə əlaqədar olaraq Daşkəsən rayonunda sosial-iqtisadi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə Daşkəsən rayon İcra Hakimiyyətində qərargah yaradılıb, bir çox işlər görülməyə başlanıb.
Qeyd edək ki, cəbhə bölgəsində yerləşən Daşkəsən rayonunun mürəkkəb coğrafi relyefi, soyuq, sərt iqlim şəraiti olduğu üçün son günlər rayon ərazisində baş vermiş intensiv dolu, leysan yağışları, dağlarda qar və külək ilə müşayiət olunan əlverişsiz təbiət hadisələri nəticəsində sel suları Daşkəsən şəhərindəki su tutucu, ötürücü quyuları, kanalları yararsız hala salıb, şəhərin yolları, yolkənarı istinad divarlarının bir çox hissələri uçaraq dağılıb, beton bordürlərin, səkilərin tomet üzlük daşları, yaşayış binalarının fasadları, ümumiyyətlə şəhərin infrastrukturu tam yararsız vəziyyətə düşərək şəhər sakinlərinin yaşayış şəraitini çətinləşdirib. Yaranmış vəziyyətlə bağlı Daşkəsən rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq və şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir.
Dünən əlverişsiz hava şəraitinin olmasına, yağışın yağmasına baxmayaraq, maşın-mexanizmlər çətinliklə də olsa, Daşkəsən şəhərinin küçələrində yeni asfalt örtüyünün salınmasına başlayıb. Asfaltlaşma, o cümlədən təbiət hadisələrinin doğurduğu təbii fəlakətlər nəticəsində Daşkəsən şəhərinin ərazisinə dəymiş ziyanların aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir, qışa hazırlıq işləri də görülür.
2018-ci ilin mart ayında Daşkəsən şəhərinin salınmasının 70 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərin təntənəli, yüksək səviyyədə təşkil edilməsinə də hazırlıq işləri aparılır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

