Azərbaycanda əhalinin bütün təbəqələri hərtərəfli dövlət dəstəyindən bəhrələnirlər
30.11.2017 [10:17]
Hazırda dünyada iqtisadi aktivliyin aşağı düşməsinin, səngimək bilməyən müharibələrin, terror hadisələrinin, ekoloji fəlakətlərin fonunda sosial çağırışların aktuallığının artdığı bir vaxtda Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Ölkəmiz öz siyasətinə yeni şəraitdə də sadiq qalaraq daim insanların rifah halının yaxşılaşmasına, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həllinə yönələn təşəbbüslərlə çıxış edir. Sosial sferada belə davamlı siyasətin nəticəsidir ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Respublikada resurs bölgüsü ədalət prinsipi ilə həyata keçirilir
Respublikamızda sosial sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Prezident İlham Əliyev ölkəmizdə ardıcıllıqla həyata keçirilən genişməzmunlu sosial siyasətin ana xəttinə diqqət çəkərək vurğulayıb ki, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
“Ölkəmizdə sosial siyasət Azərbaycan əhalisinin daha yaxşı yaşamasına, eyni zamanda, hər bir vətəndaşın öz həyat səviyyəsini davamlı olaraq yüksəltmək imkanı qazanmasına istiqamətlənib”. Bu fikri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev ifadə edib.
Qəzetimizə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında cəmiyyətin bütün təbəqələrinin müxtəlif sosial təminatlardan bəhrələndiklərini diqqətə çatdırıb. “Ölkədə iqtisadi cəhətdən fəal və yaxud qeyri-fəal insanlar var. Və yaxud müəyyən qrup insanlar sosial yardıma ehtiyac duyurlar. Dövlət isə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir”, - deyə Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın ədalətli resurs bölgüsünə əsaslanan soial siyasəti dünyanın nüfuzlu reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətə layiq görülüb. Məlum olduğu kimi, bu yaxınlarda nüfuzlu Davos İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Bəhs olunan hesabatda dünyada əsas narahatedici trendlərə də diqqət çəkilib. Belə xüsusi narahatlıq yaradan trendlərdən biri sosial sfera ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə mövcud olan “dağıdıcı bərabərsizlik” insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan Azərbaycanın mənzərəsi tamam fərqlidir. Təsadüfi deyil ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün müxtəlif proqramlar reallaşdırılır
Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalaraq qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan 1 milyondan artıq soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların sosial müdafiələrinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini təşkil edir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ölkənin müxtəlif regionlarında müasir standartlara cavab verən və 3,2 milyon kvadratmetr sahəsi olan 100-dək yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürüləcək
2017-ci ildə Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni layihəyə start verilib. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cari il martın 9-da keçirdiyi ilk müşavirə də məhz bu məsələyə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilib. Birinci vitse-prezident müşavirədəki çıxışında deyib: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir”.
Birinci vitse-prezidentin keçirdiyi müşavirədən dərhal sonra Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün soydaşlarımızın rahat mənzillərə köçürülməsi kimi genişmiqyaslı işə start verilib. Belə ki, cari il mayın 30-da Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq.
Hazırda “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi uğurla reallaşdırılır. Cari ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Oktyabr ayında isə ölkənin Birinci vitse-prezidentinin iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillər 210 ailənin ixtiyarına verilib. Bundan başqa, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürülüb.
Şəhid ailələri, müharibə əlilləri xüsusi qayğı ilə əhatə olunublar
Qeyd etdiyimiz kimi, ölkəmizdə cəmiyyətin ayrı-ayrı sosial təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə səmərli və şəffaf mexanizm qurulub. O cümlədən respublikada Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-2016-cı illərdə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə indiyədək nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. Eyni zamanda, 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.
Bundan başqa, ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılıb və 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. Bundan başqa, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.
Ölkədə aztəminatlı ailələrin gəlir imkanlarının artırılması proqramı çərçivəsində ilk müsbət nəticələr əldə edilib
Məlumdur ki, respublikamızda 2006-cı ildən ciddi sosial təşəbbüs olan ünvanlı sosial yardım proqramı reallaşdırılır. Hazırda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır.
Respublikamızda əhalinin ehtiyacı olan təbəqələrinə ünvanlı sosial yardım verilməsi ilə paralel şəkildə aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə də mühüm işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. İndiyədək nazirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı artıq 1150-yə çatıb.
Rəylərini soruşduğumuz ekspertlər aztəminatlı ailələrə dəstəyin bütövlükdə fəlsəfəsinin dəyişdirilməsini təqdir etdiklərini bildiriblər. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev qəzetimizə açıqlamasında bildirib: “Respublikamızda tətbiq edilən ünvanlı sosial yardım keçid bir layihədir. Yoxsulluq aşağı düşdükcə insanların öz fəaliyyətləri, qabiliyyətlərini reallaşdırmaları hesabına öz təminatlarını ödəmək imkanları da genişlənir. Başqa sözlə desək, ünvanlı sosial yardım alan vətəndaşlar dövlətin dəstəyi ilə, yaxud müəyyən layihələr vasitəsilə tədricən öz məşğulluqlarını təmin edəcəklər”.
“Son dövrlərdə ölkəmizdə diqqət həm də ona yönəldilib ki, insanlar həyat şəraitlərini iqtisadi aktivlik nümayiş etdirərək yaxşılaşdırsınlar”. Bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. Milli Məclisin deputatı bildirib ki, hazırda dünya praktikasında kiçik və orta sahibkarlığın dəstəklənməsi geniş yayılıb: “Ailə biznesinin inkişafı insanların məşğulluğunun artmasına müsbət təsir göstərir. Digər tərəfdən isə özünəməşğulluq proqramına qoşulan insanlar öz ehtiyaclarını daha çevik və daha yüksək səviyyədə təmin etmiş olurlar”.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

