İmişli rayonunda "Şəkər bayramı" qeyd edilib
06.12.2017 [17:26]
Şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerləri stimullaşdırmaq, eləcə də cari ilin məhsul yığımının həyata keçirilməsi münasibətilə İmişli rayonu İcra Hakimiyyəti və "Azərsun Holdinq"in təşkilatçılığı ilə ənənəvi "Şəkər bayramı" təşkil edilib.
"Azərsun Holdinq"dən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyəti, "Azərsun Holdinq"in nümayəndələri, millət vəkilləri, rayon sakinləri və şəkər çuğunduru becərən fermerlər iştirak ediblər. İlk olaraq, İmişli rayonu İcra Hakimiyyətinin rəhbəri Vilyam Hacıyev, "Azərsun Holdinq" nümayəndələri və millət vəkilləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam edib.
Sakinlər qarşısında çıxış edən İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və xüsusi ilə regionlarda olan sosial-iqtisadi inkişafdan bəhs edib, İmişli rayonunda da aparılan quruculuq işlərindən ətraflı məlumat verib. İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb, məhz "Azərsun Holdinq"ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonunun özünü maliyyələşdirən rayona çevrildiyini xüsusi vurğulayıb.
Sonra çıxış edən "Azərsun Holdinq"in məhsul qrup direktoru Mehran Məmmədov hər kəsi salamlayaraq bayram münasibətilə təbrik edib. O, zavodun tikintisinə 2003-cü ildə məhz Ulu öndər Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Natiq həmçinin bu müəssisənin MDB məkanında ən böyük olduğunu söyləyib və dünyanın aparıcı dövlətləri ilə rəqabətə davam gətirmək məqsədilə zavodun bütün texniki qurğularının yenidən qurulduğunu və ilk dəfə olaraq bu il aylıq məhsul istehsalının 10000 tona, əkin sahələrinin 14 000 hektara, şəkər çuğundurunun ortalama şəkərlilik dərəcəsinin isə 15,1 faizə çatdırıldığını qeyd edib. O həmçinin respublikanın 40-a yaxın rayonunda 4000 nəfərdən artıq fermerin şəkər çuğunduru becərdiyini və "Azərsun Holdinq"in bu və digər müəssisələrində istehsal olunan məhsulların "Made in Azerbaijan" brendi adı altında digər ölkələrə də ixrac olunaraq Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.
Daha sonra ölkənin tanınmış incəsənət xadimləri İmişli sakinləri üçün geniş konsert proqramı ilə çıxış ediblər. Bayrama İmişli Şəkər Zavodunda təşkil edilmiş ziyafətlə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

