"Respublika Gənclər Debat Forumu: Payız 2017" layihəsi uğurla yekunlaşıb
11.12.2017 [15:40]
Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Respublika Gənclər Debat Forumu: Payız-2017" layihəsinə yekun vurulub. Milli Debat Proqramı çərçivəsində həyata keçirilən və 1000-dən çox gənci əhatə edən tədbirlər "Gənc sahibkarların inkişafında dövlət dəstəyinin rolu" mövzusuna həsr olunub.
Dekabrın 5-də 2017-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilən Balakən şəhərində layihənin bağlanış mərasimi olub. Balakən Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ələkbər Mustafayev, rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, çıxışlar olub. Bildirilib ki, Respublika Gənclər Debat Forumunun (RGDF) məqsədi gənclər arasında natiqlik qabiliyyətini inkişaf etdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. Forumun vəzifələrinə həmçinin gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllülük hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.
Diqqətə çatdırılıb ki, "Respublika Gənclər Debat Forumu: Payız-2017" layihəsinin tərəfdaşları ölkədə sahibkarlığın inkişafına töhfə verən "Youth İnc." Sahibkarlıq Proqramı və debat metodologiyasının istifadə olunduğu "IDEA" təşkilatıdır.
Çıxışlardan sonra debat forumunun final mərhələsi keçirilib. Finalda Bakının "Propaqanda" və Gəncənin "Pobeda" komandaları qarşılaşıblar. Yekunda "Propaqanda" komandası forumun qalibi adını qazanıb.
Tədbirin sonunda forumun ən yaxşı 10 natiqi, finalçı komanda və ən yaxşı hakimlər mükafatlandırılıb.
NADİR
Xəbər lenti
Hamısına baxElm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50

