Mübariz Qurbanlı: Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir
28.12.2017 [09:32]
Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib
Dekabrın 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər “Məşədi Dadaş” dini icması tərəfindən “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakı şəhər “Məşədi Dadaş” dini icmasının üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Konfransda, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbiri açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mətbuatla ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasındakı əlaqələrin müzakirəsi, təkmilləşdirilməsi üçün təşkil edildiyini bildirib. Azərbaycanda nümunəvi dövlət-din modelinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu nümunənin təbliğ və təşviqinə ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir. Din mövzusu həssas mövzudur və bu mövzuya müraciət edən jurnalist din haqqında, İslam dünyasında baş verən hadisələr barədə bilgiyə malik olmalıdır. Komitə sədri bu məqsədlə bu il ərzində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mətbuat Şurası və DQİDK tərəfindən jurnalistlər üçün müxtəlif seminarların keçirildiyini, bu seminarların 2018-ci ildə də davam etdirilməsinin planlaşdırıldığını bildirib.
Ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox əhəmiyyətli konfransların, seminarların təşkil edildiyini qeyd edən Mübariz Qurbanlı dünyada dialoqa, əməkdaşlığa, xüsusilə islamdaxili dialoqa, müzakirələrə ehtiyac olduğunu deyib. Bu çərçivədə “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurasının yaradılmasının qərara alındığını bildirib. Şurada Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dünyanın müxtəlif ölkələrindən din xadimlərinin təmsil olunacağını qeyd edib. Bu çərçivədə “Mədəniyyətlər və dinlərarası dialoq” adlı bir prosesin əsasının qoyulacağını diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, regionda radikal dini fikirlərin yayılması hallarına rast gəlinir. Bu səbəbdən ölkəmizdə belə tədbirin keçirilməsi önəm daşıyır.
O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaxın gələcəkdə İƏT xarici işlər nazirlərinin toplantısında üzv ölkələrin jurnalistlərinin birliyinin yaradılması məsələsi öz təsdiqini tapmalıdır. İnanırıq ki, mətbuat nümayəndələrimiz bu prosesə öz töhfələrini verəcəklər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, hər insanın sosial keyfiyyətinin formalaşmasında dinin mühüm rolu var. İnsanın bütün fəaliyyət sferasında özü ilə ən səmimi olduğu sahə dindir. Dini şüurun formalaşmasında dini institutların böyük rolu olduğunu qeyd edən Hikmət Babaoğlu dini mədəniyyətimizin milli mədəniyyətimizin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu ardıcıllıq tarixi baxımdan doğrudur. Çünki dinlərlə tanış olmadan öncə biz millət kimi mövcud idik. Yeddinci əsrdən sonra Azərbaycanda hakim olan İslam dini bizim milli mədəniyyətimizin və mənəviyyatımızın keyfiyyətini müəyyənləşdirən vasitələrdən biri olub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı qeyd edib ki, QMİ uzun illər ərzində sovet, çar imperiyası rejimlərinin təzyiqlərinə baxmayaraq, özünün ictimai fəaliyyətində iki əsas həyat məfkurəsini qoruyub. Bu prinsiplərin birincisi Azərbaycan dövlətçiliyinə sədaqət prinsipidir. İkincisi isə millətlər və dinlər arasında münasibətlərin sülhə və barışa aparılmasıdır. QMİ müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin dəstəyi və qayğısı sayəsində təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda aparıcı müsəlman dini qurumuna çevrilib. Bizim əldə etdiyimiz ən böyük nailiyyət din-dövlət münasibətlərinin davamlı inkişafıdır.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib ki, “İslam həmrəyliyi və media” mövzusunda elan edilən məqalə müsabiqəsinə 26 yazı təqdim olunub. Yazıların əksəriyyətində İslamın yüksək humanist dəyərləri təqdim edilib. Yazılarda, həmçinin İslam dini icmalarının, QMİ-nin, Azərbaycanın din xadimlərinin fəaliyyətinə, din-dövlət münasibətləri modelinə yer verilib.
“Məşədi Dadaş” məscidinin imamı hacı Şahin Həsənli dünyada baş verən hadisələr, məzhəb, din zəminində qanlı münaqişələrin olduğu dönəmdə Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan dinlər və məzhəblərarası münasibətlər modeli bu gün də dünyanın diqqətini cəlb edir. Azərbaycanın bu sahədə təcrübəsi öyrənilir. Azərbaycanda dini sahədəki proseslər bir çox müsəlman ölkələrinin diqqət mərkəzindədir. Bu proseslərin işıqlandırılmasında mətbuatın rolu önəmlidir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın “Din və media” mövzusunda təqdimatı olub. Yaqut Əliyeva mətbuat azadlığının, vətəndaşların məlumat almaq və yaymaq hüququnun hər bir demokratik dövlətin və cəmiyyətin idarəetmədə baza prinsiplərini təşkil etdiyini bildirib. Qeyd edib ki, informasiya təhlükəsizliyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tərkib hissələrindən biri kimi cəmiyyətin və dövlətin həyatının müxtəlif sahələrində milli maraqların müdafiəsini ön plana çəkir.
Sonra yazı müsabiqəsində qalib gələn jurnalistlərə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

