Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi Ulu öndərin adı ilə bağlıdır

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi Ulu öndərin adı ilə bağlıdır

29.12.2017 [09:59]

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın dinamik inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə artdığını qeyd edən rektor qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirib.
Akademik A.Məhərrəmov milli birliyin, milli həmrəyliyin əhəmiyyətini vurğulayıb, dünyanın ayrı-ayrı ölkələrində diasporumuzun fəaliyyətinin genişləndiyini söyləyib.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolunu xatırladan rektor bu il BDU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan nailiyyətlərdən danışıb, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə BDU-nun professoru Nuru Məmmədovun “Həmrəyliyə gedən yollar” mövzusunda məruzəsi dinlənilib.
Sonda maraqlı konsert proqramı nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31