Bakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıb
11.01.2018 [09:59]
Yanvarın 10-da Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müəllim-əlaqələndiricilərin bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim- əlaqələndiricilərin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Akademik A.Məhərrəmov Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə əldə edilən uğurlardan danışıb, İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini vurğulayaraq “Açıq qapı” günü çərçivəsində imtahan sessiyasının monitorinqinin keçirilməsinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, sessiya başlamazdan öncə rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, təhsil müəssisəsinin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

