Füzulili fermer Lələtəpə yaxınlığındakı ərazilərdə pambıq, taxıl və çuğundur becərir
13.01.2018 [01:11]
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Füzuli rayonunun təmas xəttinə yaxın ərazilərində əhalinin təhlükəsizliyi təmin olunub. Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi rayonun təmas xəttinə yaxın ərazilərində 600 hektara yaxın sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb.
Rayonun Horadiz kənd sakini Rasim Ağayev ötən ilin məhsulu üçün Lələtəpə yaxınlığındakı ərazilərdə 360 hektarda pambıq, buğda və çuğundur becərib. Fermer AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra təsərrüfatda rahat işləyə bilirik. Əkin sahəsinin 50 hektarında 23 ildən sonra ilk dəfə becərmə aparmışıq. Sahələrdən 260 ton pambıq, 700 ton buğda, 360 ton şəkər çuğunduru götürmüşük”.
Hazırda 100 hektar ərazidə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən mina və digər hərbi sursatlardan təmizlənmə işlərinin aparıldığını deyən fermer bu torpaqların da əkin dövriyyəsinə qatılacağını bildirib. Bu ilin məhsulu üçün isə artıq 180 hektarda buğda səpini başa çatdırılıb. 150 hektardan çox ərazi pambıq, 50 hektar sahə isə şəkər çuğunduru əkini üçün saxlanılıb.
Horadiz kənd sakinlərinin baramaçılıq sahəsində zəngin təcrübəsinin olduğunu qeyd edən fermer gələcəkdə tut tingləri əkməyi, barama istehsal etməyi də nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

