/ / Azərbaycan, Vətən, torpaq naminə şəhid olan oğul və qızlarımızın xatirəsi daim yaddaşlarda yaşayacaq
Azərbaycan, Vətən, torpaq naminə şəhid olan oğul və qızlarımızın xatirəsi daim yaddaşlarda yaşayacaq
19.01.2018 [10:18]
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib
Yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik mübarizəsinin qəhrəmanlıq nümunəsi - Qanlı 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra Azərbaycanın müstəqillik mübarizəsinə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik siyasətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən, faciə qurbanlarının xatirəsinin daim yüksək ehtiramla yad olunmasından danışıb. Bildirib ki, keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda, respublikanın digər şəhər və rayonlarında xalqımıza qarşı kütləvi qırğınlar törədib. Məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini sarsıtmaq idi. Amma bu, baş vermədi. Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazandılar. Onlar müasir Azərbaycanın müstəqilliyini bərpa etmək ərəfəsində olan qədim yurdumuzun şücaət məktəbinin ənənələrini davam etdirdilər. Həmin gün elə bir təməl qoyuldu ki, sonrakı dövrdə torpaqlarımız işğala məruz qalanda da yenə igid övladlar tərəddüd etmədən Vətənin müdafiəsinə qalxdılar. Onların cəsarəti bütün aləmə yayıldı. Tarixə yeni qəhrəmanlıq, rəşadət, şücaət səhifələri yazıldı.
General-mayor İlqar Musayev qeyd edib ki, 20 Yanvar qırğınından dərhal sonra xalqının səsinə səs verən Ümummilli lider Heydər Əliyev Özünün və ailəsinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bundan sonra şəhid ailələri dövlət qayğısı ilə əhatə edilib, sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyevin Fərman və Sərəncamı ilə Yanvar hadisələri zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, əlil olmuş şəxslərin aylıq müavinətləri artırılıb. Bu iş indi də davamlı olaraq həyata keçirilir.
DTX rəisinin müavini bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahəni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2006-cı il yanvarın 19-da imzaladığı Fərmana əsasən, 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Şəhid ailələri, o cümlədən Qarabağ müharibəsi əlillərinə respublikanın müxtəlif bölgələrində mənzillər və avtomobillər verilir, onların sosial vəziyyətləri mütəmadi olaraq yaxşılaşdırılır.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıtdırılmasına böyük diqqət yetirdiklərini qeyd edən Xidmət rəisinin müavini deyib ki, xalqımız 20 Yanvar faciəsini böyük həmrəyliklə anır, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini ehtiramla yad edir. Vətən uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib.
Diqqətə çatdırılıb ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, xalqımızın müstəqillik uğrunda şanlı mübarizəsinin qəhrəmanlıq zirvələrindəndir. Azərbaycan, Vətən, torpaq naminə şəhid olan oğul və qızlarımızın xatirəsi daim yaddaşlarda yaşayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətındə dövlətimizin başçısı tərəfindən yorulmaz fəaliyyətin aparıldığını deyən İlqar Musayev bildirib ki, Azərbaycan bu yöndə böyük siyasi və diplomatik iradə, əzm nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət və ordu quruculuğu işi uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin bir hissəsini azad etməklə öz gücünü nəinki düşmənə, bütün dünyaya göstərdi.
“Hamılıqla əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, haqq-ədalət zəfər çalacaq. 28 il əvvəl Ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, Şuşada və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil”, - deyə İlqar Musayev bildirib.
Tədbirdə 20 Yanvar Fondunun sədri Maral Zamanova, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Şəhid anaları” Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası adından Səbuhi Abbasov çıxışlarında bildiriblər ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan edib. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanmaqdadır.
Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi gündən-günə daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir və qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.
Tədbirdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın Milli qəhrəmanlarının yaxınları, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

