BSU-da “Qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib
20.01.2018 [01:17]
Dünən Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov 20 Yanvarla bağlı keçirilən silsilə tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu olduğunu vurğulayıb. 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür. T.Cəfərov gəncləri tariximizin bu şanlı qəhrəmanlıq səhifəsini unutmamağa çağırıb: “Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb”.
Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb. O qeyd edib ki, bu qanlı cinayət insanlığa qarşı terror aktıdır. 1990-cı ilin Qanlı Yanvar faciəsi heç vaxt unudulmayacaq, bu yolda canlarından keçən şəhidlərimiz daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
Daha sonra anım mərasimində BSU tələbələrinin və universitet nəzdindəki Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
Müşfiqə
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

