Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ötən il Astarada aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin siması nəzərəçarpacaq dərəcədə dəyişib

Ötən il Astarada aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin siması nəzərəçarpacaq dərəcədə dəyişib

25.01.2018 [10:12]

Astara rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib
Yanvarın 23-də Astara rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Astara rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə, yığıncaqda şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadovun məruzəsi dinlənilib.
Məruzəsində ötən il Astara şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində şəhərin simasının nəzərəçarpacaq dərəcədə dəyişdiyini vurğulayan Ş.Cavadov görülən işlərin əhalinin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülüb, layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl həyata keçirilir. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluqda qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi davam edir. Ərazidə həmçinin fəvvarə, şəlalə, fitnes və uşaq əyləncə meydançaları, ictimai-iaşə müəssisələri tikiləcək.
Hesabat ilində Xanbulançay dəryaçasından Astara şəhərinə içməli su xəttinin çəkilməsi, şəhərin mənzil fonduna daxil olan ictimai yaşayış binalarında təmir-tikinti işlərinin aparılması istiqamətində işlər davam etdirilib.
Yığıncaqda Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, şəhər 3 nömrəli tam orta məktəbin direktoru Adil Rzayev, Astara rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, şəhid anası Elmira Səfərova, Əməkdar müəllim Heybət Hüseynov, YAP Astara rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Kəmalə Nəsirova və başqaları çıxış edərək ötən il şəhərdə görülən işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Hesabat yığıncağında çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, dünyanı bürüyən maliyyə böhranı şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı 2017-ci ildə də uğurla inkişaf edib. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, əmin-amanlıq və sabitlik təmin olunub. Bu inkişafın, əmin-amanlığın, sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi, xalqla iqtidarın sarsılmaz birliyi və dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətdir.
Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini vurğulayan Q.Ağayev ölkəmizin “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası istiqamətində öhdəsinə düşən bütün işləri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.
Astara rayonunun ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Azərbaycandan İrana yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar dəmir yolunun Xəzər dənizi sahili boyu xəttinin başqa əraziyə köçürüləcəyini vurğulayan İcra Hakimiyyətinin başçısı Astarada logistik mərkəzin, dəmir yolunun keçdiyi ərazidə isə böyük ticarət obyektlərinin tikiləcəyini bildirib.
Yığıncaqda qeyd olunub ki, Ələt-Astara beynəlxalq avtomobil yolunun başa çatdırılması ilə Astaradan Bakıya olan məsafə 40 kilometr qısalacaq. Lənkəran Beynəlxalq Hava Limanından Astaraya bir saata qədər vaxt sərf olunduğu halda, yeni avtomobil yolu ilə 15 dəqiqəyə gəlmək imkanı yaranacaq. Bütün bunlar isə böyük turizm imkanlarına malik Astaraya xarici turistlərin axınına səbəb olacaq.
NADİR

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31