/ / Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib
Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib
25.01.2018 [10:19]
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin Konstitusiyanın bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin dəvəti ilə Vəkillər Kollegiyasının nümayəndəsi mütəxəssis qismində Plenumun iclasında iştirak edib.
Plenumun iclasından sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakimləri, Vəkillər Kollegiyasının rəhbərliyi - sədr Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev ilə görüş keçirilib.
Görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladzeyə ölkəmizdə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.
Fərhad Abdullayev tədbirdə çıxış edərək qeyd edib ki, fəxri diplomun təqdim olunması çox qürurvericidir. Bu, dövlətimizin başçısı tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisi olmaqla yanaşı, Məhkəmənin üzərinə daha böyük məsuliyyət qoyur. Sədr bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini təkmilləşdirməklə məsuliyyətli işini daim həyata keçirməyə çalışır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Konstitusiya Məhkəməsinin hakimlərinə Kollegiyanın fəaliyyəti və qarşısında duran məsələlər haqqında məlumat verib. O, Konstitusiya Məhkəməsi ilə Vəkillər Kollegiyası arasında hüquqi əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Ölkəmizdə hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə görə və 70 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar Hüquqşünas Rafael Qvaladzeyə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təltif edildiyi “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim olunub.
Anar Bağırov yubilyara möhkəm cansağlığı və peşə fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda sədr Fərhad Abdullayev Vəkillər Kollegiyasının üzərinə düşən vəzifələrin həyata keçirilməsində və gələcək fəaliyyətində Konstitusiya Məhkəməsinin hüquqi yardım göstərməyə hazır olduğunu bildirib.
Söhbət zamanı, həmçinin Konstitusiya Məhkəməsinin fərqli hüquqi sahələrdə təcrübəsi ilə bağlı məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

