/ / Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib
31.01.2018 [10:09]
Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, inkişafında və milli hərbçi kadrların hazırlanmasında xüsusi xidmətləri olan, “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilmiş, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edir. Tofiq Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, ölkəmizin hərb tarixində mühüm xidmətləri olub. Ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi, Tofiq Ağahüseynov bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun ordusunun yaradılmasında xüsusi xidmətlər göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə yanvarın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.
Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial problemlərinin həllinə çalışır. Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Ağahüseynovun 95 illik yubileyinin qeyd olunması bu diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə vurğulanıb ki, Tofiq Ağahüseynovun yüksək hərbi rütbələrə layiq görülməsində o zaman Azərbaycan SSR-in birinci katibi olan Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi düşünülmüş siyasətin böyük rolu olub. Bu sahədə hazırkı generallarımızın mütləq əksəriyyətini yetirmiş C.Naxçıvanski adına Hərbi Liseyin adını qeyd etmək kifayətdir. General özü də onun formalaşmasında Heydər Əliyevin aparıcı rolu olduğunu dəfələrlə vurğulayıb. Ulu öndər onun hərbi sahədəki bacarığını və xidmətlərini həmişə yüksək qiymətləndirib. Prezidentin 1997-ci il 17 aprel tarixli Sərəncamı ilə Tofiq Ağahüseynovu özünün hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin etməsi və general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa etməsi məhz bunun nəticəsi idi.
Yüksək peşəkarlığı və nüfuzu nəzərə alınaraq T.Ağahüseynov üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Bildirilib ki, T.Ağahüseynov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilib.
Diqqətə çatdırılıb ki, general-polkovnik Tofiq Ağahüseynov 2017-ci il sentyabrın 12-də onu Respublika Veteranlar Təşkilatının sədri seçiblər.
Tədbirdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı və ordu quruculuğundakı xidmətlərindən danışıb.
Kərim Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından yubilyarı təbrik edib və ona cansağlığı arzulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, veteranlar və digərləri çıxış edərək yubilyarı təbrik edib, ona fəaliyyətində uğurlar diləyiblər. Onlar Tofiq Ağahüseynovun keçdiyi şərəfli həyat yolundan, peşəkar hərbçi kimi xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs ediblər.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyevin, daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, gənclər və idman naziri Azad Rəhimovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşeliyi adından və başqa təşkilatlardan yubilyara ünvanlanmış, eləcə də müxtəlif ölkələrdən daxil olan təbrik məktubları oxunub, hədiyyələr təqdim edilib.
Sonda yubilyar çıxış edərək deyib: “Mən orduda 46 il xidmət etmişəm və mənim general kimi formalaşmağımda Ümummilli lider Heydər Əliyev aparıcı rol oynayıb. Ulu öndər həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən bunun üçün Ona son dərəcə minnətdaram”.
T.Ağahüseynov tədbir iştirakçılarına və yubiley təbriklərinə görə dövlət orqanlarının rəhbərlərinə minnətdarlığını ifadə edib. O, Prezident İlham Əliyevin təşkilata, ümumən ölkə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, veteranların bundan sonra da göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib. General-polkovnik gənclərin hərbi vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyəsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

