/ / Bilik Fondu ilə birgə Azərbaycanın müxtəlif bölgələrində BDU-nun yetirmələri, məzunları ilə yüz görüş və silsilə tədbirlər keçiriləcək
Bilik Fondu ilə birgə Azərbaycanın müxtəlif bölgələrində BDU-nun yetirmələri, məzunları ilə yüz görüş və silsilə tədbirlər keçiriləcək
31.01.2018 [10:12]
Bakı Dövlət Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və BDU-nun rektoru, akademik Abel Məhərrəmov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşrinin, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun müəllimlərinin regionlarda mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
A.Məhərrəmov BDU-da aparılan elmi-tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayan rektor universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.
Ölkəmizdəki sosial, iqtisadi, elmi, mədəni inkişafın, quruculuq proseslərinin əsasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin dayandığını deyən A.Məhərrəmov hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, memorandumun imzalanmasının əsas məqsədi ölkədəki maarifçiliyi, sosial-iqtisadi, mədəni prosesləri, Azərbaycanın bütün sahələrdəki inkişafını BDU-nun müəllimləri ilə birgə xalqa dolğun şəkildə çatdırmaqdır.
Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncamını xatırladan rektor bildirib ki, müqavilə çərçivəsində, həmçinin Bilik Fondu ilə birgə Azərbaycanın müxtəlif bölgələrində BDU-nun yetirmələri, məzunları ilə yüz görüş və silsilə tədbirlər keçiriləcək. Bu görüşlər haqqında məlumatlar ali məktəbin yubileyinədək kitab şəklində nəşr olunacaq.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Hər iki qurumun elmin, təhsilin inkişafına xidmət etdiyini deyən O.Səmədov fondun yeddi maarifləndirici proqram üzrə 21 layihə həyata keçirdiyini söyləyib. Bildirilib ki, fondun 76 rayon və şəhərdə nümayəndəsi fəaliyyət göstərir. Bu günədək Bilik Fondunun müxtəlif bölgələrdə doqquz Bilik Evi yaradılıb. Bilik Fondu fəaliyyətə başladığı gündən BDU ilə əməkdaşlıq edir. Fond tərəfindən təşkil edilən mühazirələrdə BDU-nun altmışdan çox əməkdaşı mühazirə söyləyib.
Diqqətə çatdırılıb ki, BDU-nun 100 illik yubileyi ərəfəsində universitet ilə birgə Bakıda, bölgələrdə və xarici ölkələrdə müxtəlif tədbirlər keçiriləcək.
Sonda akademik A.Məhərrəmov “Universitetin dostu” mükafatını O.Səmədova təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

