Talassemiya Mərkəzində müalicə alanlar üçün xidmətlər pulsuz olacaq
01.02.2018 [10:00]
“Respublika Talassemiya Mərkəzi Publik hüquqi şəxs statusu alsa da, burada müalicə olunan xəstələr üçün heç bir xidmət pullu olmayacaq”. Dünən Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-lərin rolu” mövzusunda keçirilən konfrans zamanı mərkəzin direktoru Valeh Hüseynov bunu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi KİV-lərlə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsidir.
Son illər bu istiqamətdə qəbul olunan Dövlət proqramlarının səmərəli nəticə verdiyini deyən V.Hüseynov görülən tədbirlərin nəticəsi olaraq 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edildiyini diqqətə çatdırıb: “Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verməkdə məqsəd mərkəzin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, müasir səviyyədə olan laborator və digər müayinələrin talassemiyalı xəstələrlə yanaşı, qan xəstəliyindən əziyyət çəkən digər xəstələrə də xidmət göstərməsini təmin etməkdir. Respublikamızda 1 milyondan yuxarı talassemiya daşıyıcısı var. Bu xəstələr üçün heç bir xidmət pullu olmayacaq. İstəyimiz odur ki, belə xəstələr müalicə üçün hansısa xarici ölkəyə getməsinlər. Bu gün buna nail olmuşuq. Kənardan gələn xəstələr üçün digər xidmətlərdən istifadə ödənişli olacaq. Misal olaraq, laborator müayinədən istifadə etmək istəyənlər üçün xidmətlər pullu olacaq. Bu həm də gələcəkdə sığorta olunan insanlara da şamil ediləcək”.
Qeyd edək ki, 2013-cü ildən Respublika Talassemiya Mərkəzində 55 sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Bu il təxminən 10 xəstəyə sümük iliyinin köçürülməsi planlaşdırılır.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

