Nərimanov rayonunda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib
03.02.2018 [01:06]
Nərimanov rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının sədr müavini Nəcəf Novruzov müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. N.Novruzov deyib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev qeyd ediblər ki, Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərirdi, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxır”.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir.
Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
Daha sonra tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Tədbirin sonunda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsildə fərqləndiyinə, Nərimanov rayonunun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup rayon gənci mükafatlandırılıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

