/ / Beynəlxalq Multikulturalizm Qış Məktəbi sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından mühüm önəm kəsb edir
Beynəlxalq Multikulturalizm Qış Məktəbi sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından mühüm önəm kəsb edir
20.02.2018 [10:17]
Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin əhəmiyyətindən danışıb. O deyib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbi sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından mühüm önəm kəsb edir.
Tələbələrə ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verilib. Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-İslam dini icmalarına maliyyə yardımı göstərildiyini qeyd edib.
Mübariz Qurbanlı görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O deyib ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından qovulub. Ermənistan tərəfi, xüsusilə xaricdəki erməni lobbisinin təsirində olan qruplar Azərbaycan haqqında yanlış məlumat yaymaqla bu təcavüzü ört-basdır etmək istəyir. “Ona görə də sizin kimi gənclərin, bu cür qrupların dostluq niyyəti ilə Azərbaycana gəlmələri bizim üçün çox əhəmiyyətlidir”, - deyə komitə sədri qeyd edib.
Qış məktəbinin iştirakçıları ölkəmizlə tanışlıqdan, Azərbaycanda gördükləri multikultural, tolerant mühitdən məmnun olduqlarını qeyd ediblər.
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müxtəlif ölkələrdən olan iştirakçılarına Dövlət Komitəsinin işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz və Azərbaycan həqiqətləri, ölkəmizdəki tolerantlıq mühiti barədə nəşrləri təqdim edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

