Ali Attestasiya Komissiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
27.02.2018 [09:58]
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov Xocalı soyqırımının erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. V.Hüseynov Xocalı faciəsinin bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib, bu qətliamın ən qəddar və amansız terror hadisələrindən biri və xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
AAK sədri əvəzi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalını mühasirəyə alıb onun dinc əhalisinə amansızcasına divan tutmasından və Xocalı şəhərini yerlə-yeksan etməsindən bəhs edib. Xocalıya hücum nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq xüsusi qəddarlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb və şikəst olub, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib.
V.Hüseynov Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını, Heydər Əliyev Fondunun xətti ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən AAK-ın şöbə müdirləri Arif Ələkbərov, Rəfail Əhmədli və hüquqşünas Fazil Nəsibov erməni təcavüzkarlarının Xocalıda törətdiyi bu soyqırımının ən qəddar və amansız terror hadisəsi olduğundan və Xocalı faciəsinin törədilmə səbəblərindən və acı nəticələrindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

