Göyçay rayonunun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
10.03.2018 [00:58]
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. Bildirib ki, kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli su və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.
Kənd sakinləri indiyədək içməli su təminatı baxımından böyük çətinliklərlə qarşılaşdıqlarını bildirib, bu problemin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

