Məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və vərdişləri təkmilləşdirilir
14.03.2018 [10:11]
38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasında (DSK) məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün təşkil edilən maarifləndirici treninqlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 13-də keçirilən treninqdə 24 seçki komissiyasının sədrləri və üzvləri iştirak edib. 38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının sədri Tahir Ələkbərov Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin əhəmiyyətindən danışıb. Məlumat verilib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. İştirakçılar səsvermə günü seçki məntəqələrinin açılışına hazırlıqla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılır. Həmçinin seçki günü əsas qanunamüvafiq seçki hərəkətləri, eləcə də qanunsuz hərəkətlərin qarşısının alınması barədə məlumat verilir.
Treninqdə 38 saylı Nizami II (Gəncə) seçki dairəsi DSK-nın treninq qrupunun üzvü Fatma Rəhimova çıxış edərək prezident seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması prosesi və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən danışıb.
Tədbirdə seçici siyahıları ilə iş qaydasından və seçici siyahılarının dəqiqləşdirilməsindən də söz açılıb. Diqqətə çatdırılıb ki, 38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasında seçici siyahıları və bildirişlər artıq hazırdır. Seçicilərin hamısının adı seçici siyahısında öz əksini tapıb. Bildirişlərin qanunda nəzərdə tutulmuş vaxtda seçicilərə çatdırılması təmin olunacaq.
Çıxış edənlər prezident seçkilərinin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasının önəmini qeyd ediblər. Bildirilib ki, səsvermə günü qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq. Seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.
Sonra təlimatçılar iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Treninqlər zamanı hər bir məntəqə seçki komissiyası üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilir.
DSK sədri Tahir Ələkbərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qeyd edib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
33 min 754 seçicisi olan dairə seçki komissiyasının ərazisində 24 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Ədliyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanası üçün nəzərdə tutulan bir seçki məntəqəsi isə seçkilərin keçirilməsinə 5 gün qalmış fəaliyyətə başlayacaq. Seçicilərdən 340 nəfəri ilk dəfə səs verəcək gənclər, 478 nəfəri yaşı 80-dən yuxarı olan insanlardır. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

