Bakı Dövlət Universiteti ilə Milli Oftalmologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
15.03.2018 [10:10]
Martın 14-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovla akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, universitetdə keçirilən görüş zamanı gələn il yüz illik yubileyini qeyd edəcək qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğu nəzərə çatdırılıb. Rektor əməkdaşlıq nəticəsində tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, oftalmologiya sahəsində elmi yenilik və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə və elmi fəaliyyətə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb.
Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı danışıb, universitetlə əməkdaşlıq əlaqələrini genişləndirməyin təqdirəlayiq hal olduğunu bildirib.
Görüş zamanı Bakı Dövlət Universiteti və Milli Oftalmologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumda müvafiq elm sahələrində qarşılıqlı maraq doğuran və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, elm və səhiyyə müəssisələrinin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə, mərkəzin şöbə və laboratoriyalarında ixtisasartırma, elmi-tədqiqat, istehsalat təcrübələri və staj keçilməsinin təşkili məsələləri öz əksini tapıb.
Həmin gün Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı Dövlət Universitetində humanitar aksiya keçirib. Səyyar Klinikanın həkim və tibb işçiləri 310 nəfər tələbə və müəllimi oftalmoloji müayinə ediblər. Müayinə olunanların 70 faizə qədərində refraksiya patologiyaları, qalan hissəsində isə quru göz sindromu, astiqmatizm və yaşla əlaqədar görmə zəiflikləri aşkar olunub.
Mərkəzin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib: “Müayinələr nəticəsində ən çox refraksiya patologiyaları olduğu aşkar edilib. Həmin patologiya ali və orta məktəb tələbələri arasında çox geniş yayılıb. İlk növbədə, ildə bir dəfə oftalmoloji müayinədən keçərək onu aşkar etmək və erkən müalicələrə başlamaqla qarşısını almaq olar. Kompüter, planşet və smartfonlardan istifadə məhdudlaşdırılmalıdır, təəssüf ki, indi gənc və yeniyetmələr ondan ifrat dərəcədə istifadə edirlər. Bu, onların görmə qabiliyyəti ilə yanaşı həm də psixoloji vəziyyətlərinə də mənfi təsir göstərir. Kompüter arxasında işləyərkən və televizora baxarkən məsafə düzgün seçilməli, ekranın işıqlanma səviyyəsi nəzərə alınmalıdır. Uzun müddət bir nöqtəyə baxılması isə tez-tez qırpmaya və quru göz sindromu əmələ gəlməsinə səbəb olur. Həmin sindrom keratitə çevrilməmiş və digər fəsadlara səbəb olmamış qarşısı alınmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

