Ali Attestasiya Komissiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
30.03.2018 [10:14]
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 1918-ci il 31 mart soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov 31 mart soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. O qeyd edib ki, 1918-ci il martın sonlarından aprelin 3-dək Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Quba, Xaçmaz, Lənkəran, Şamaxı, Hacıqabul, Salyan, Zəngəzur, Naxçıvan, Qarabağ və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib. Xalqımız son iki əsrdə “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin fasilələrlə xəyanətləri ilə onların törətdikləri faciələrlə üzləşib. V.Hüseynov Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tariximizin ən önəmli sənədlərindən biri olduğunu qeyd edərək, Ulu öndərin bu soyqırımı ilə bağlı aşağıdakı fikrini tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət vermək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Daha sonra AAK-ın sədr əvəzi erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının və digər soyqırımlarının dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasətdən və bu siyasətin real nəticələrindən bəhs edib.
Tədbirdə çıxış edən AAK-nın şöbə müdirləri Rafail Əhmədli, Arif Ələkbərov, Hüseyn İbrahimov və Tahir Kazımov 31 mart soyqırımının səbəblərindən və ağır nəticələrindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

