Quba Memorial Kompleksində 31 mart soyqırımı ilə bağlı foto və kitab sərgisi açılıb
03.04.2018 [10:32]
Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgi və azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə təşkil olunan yürüşün və burada keçirilən respublika elmi konfransının iştirakçıları sərgilərlə tanış olublar.
Məlumat verilib ki, Lev Daşkeviç Azərbaycan Xalq Cümhuriyyəti dövründə soyqırımı faktlarının araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının tərkibində fotoqraf-ekspert kimi fəaliyyət göstərib. Fotoqrafın Şamaxı şəhərində və kəndlərində çəkdiyi şəkillərin sayı 62-dir. Onlardan 45-i şəhərin özündə, 17-si isə kəndlərdə, xüsusilə Əngəxaran, Ağsu, Boyat, Mərzəndiyə, Təklə-bəy, Çarhan və Çuxanlıda çəkilib.
Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotoşəkillərdə evlərin, müxtəlif təyinatlı tikililərin alovun təsirindən qaralmış divarları ilə yanaşı, ayrı-ayrı iriölçülü binaların xarabalıqlarını aydın görmək olar. Şəhərin bu hissəsindəki dağıntıların mərkəzində əzəmətli tikililərdən olan Cümə məscidinin yanmış divarları və yanğının təsirindən uçub dağılmış minarəsi diqqəti cəlb edir. Bir sözlə, fotolarda Şamaxı şəhərinin ermənilərin soyqırımı nəticəsində necə dağıdıldığı, xarabalığa çevrildiyi bilinir.
Belaruslu fotoqrafın Şamaxıda çəkdiyi şəkillərin bəziləri tükürpərdici olması ilə seçilir. Şıxminas kənd sakini Sultanovun evinin həyətindəki insan sümükləri: kəllə sümüyü, alt çənə sümüyü, qabırğa və onurğa sümüklərinin qalıqları erməni-daşnak hərbi birləşmələrinin törətdiyi vəhşilikləri əks etdirir. Bu evə sığınmış uşaqlı qadınlar burada silahlı dəstələr tərəfindən qətlə yetirilib.
Kitab sərgisində isə 1918-ci ilin mart soyqırımına dair araşdırma materiallarının toplandığı nəşrlər sərgilənib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

