Prezident seçkilərində Azərbaycan gənclərinin seçimi cənab İlham Əliyev olacaq!
06.04.2018 [09:53]
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən 26 iyun 1994-cü il tarixində Gənclər və İdman Nazirliyi yaradılması, gənclər forumlarının keçirilməsi ənənəsinin əsasının qoyulması, 9 aprel 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi dövlətin gənclərə olan qayğısının bariz nümunəsidir. Ulu öndərin əsasını qoyduğu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiqləməsi və həmin proqramın yüksək səviyyədə yerinə yetirilməsi, həmçinin dövlət başçısının müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması ölkəmizdə gənclərə dövlət başçısı səviyyəsində çox həssas münasibət bəslənildiyini ifadə edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsi respublikamızda gənclər siyasətinə verilən böyük önəmin daha bir ifadəsidir. Bəhs olunan Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdan, cəmiyyət həyatının bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqdan, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdən, gənc nəslin sağlamlığını qorumaqdan, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaqdan, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə bəhrələnməkdən, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdən ibarətdir.
Gənclər siyasətinin daha səmərəli şəkildə aparılması, onların ölkədə gedən ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyində fəal iştiraklarının təmin edilməsi üçün reallaşdırılan tədbirlər çoxşaxəlidir. Bu məqsədlə şəxsən Prezident İlham Əliyev tərəfindən daim yeni-yeni təşəbbüslər irəli sürülür. Dövlət başçısının verdiyi tövsiyələr gənclər üçün yol xəritəsidir. Prezident İlham Əliyevlə hər görüş gənclərin xatirəsində əbədi iz buraxır. Biz Onun timsalında Vətənə, xalqa xidmət, milli maraqların keşiyində qətiyyətlə dayanmaq, ən çətin məqamlarda belə düzgün qərarlar çıxarmaq nümunəsini görürük. Gənclər Azərbaycanı irəliyə aparan, ölkəmizin müasir dövlət kimi nüfuzunu artıran, insanlara layiqli həyat şəraitini təmin edən Prezident İlham Əliyevlə qürur duyurlar. Ölkə gəncləri “Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq” deyən və bu sözlərin təsdiqi kimi gənclərin öz bilik və bacarıqlarını, potensiallarını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şərait yaradılması məqsədilə davamlı səylər göstərən hörmətli Prezidentimizə minnətdarıq.
Məlum olduğu kimu, 11 aprel 2018-ci ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə biz gənc olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik və səsimizi də Ona verəcəyik. Ümid edirəm ki, gənclərimiz əvvəlki seçkilərdə göstərdikləri fəallığı bu dəfə də nümayiş etdirəcəklər. Prezident seçkilərinin yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Hesab edirik ki, cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsi ölkəmizin gələcəkdə daha böyük uğurlar qazanması üçün çox mühüm zəmindir.
Mən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü kimi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tez-tez ölkəmizin müxtəlif rayonlarında seçicilərlə keçirilən görüşlərə qatılıram. Dövlətimizin, xalqımızın həyatında mühum siyasi hadisənin iştirakçısı olmağımla fəxr edirəm. Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil işçiləri ilə keçirilən görüşlər xüsusi maraq doğurur. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 15 ildə Azərbaycanda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətini daha da dərinləşdirib. Ölkəyə gələn neft gəlirləri Onun diqqət və qayğısı sayəsində çox uğurla insan kapitalına çevrilir. Göstərilən diqqət və hərtərəfli qayğının nəticəsidir ki, respublikamızda təhsil sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamızda orta ümumtəhsil, orta-ixtisas və ali təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.
Bu gün Azərbaycanın inkişafı hərtərəfli səciyyə daşıyır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanı regionun lider dövləti səviyyəsinə yüksəldib. Azərbaycanın iqtisadi sahədə qazandığı möhtəşəm uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Eyni zamanda, ölkədə dərinməzmunlu, bilavasitə insanların mənafelərinə yönələn sosial siyasət reallaşdırılır. Ölkə həyatının bütün sahələrində əldə olunan bu uğurların arxasında Prezident İlham Əliyevin gərgin fəaliyyəti, milli maraqları qətiyyətlə qoruması amili dayanır. Buradan da cənab Prezident İlham Əliyevə insanların böyük etimadı və inamı yaranıb. Hesab edirəm ki, ölkəmizdə bərqərar olan güclü xalq-iqtidar həmrəyliyi aprelin 11-də keçiriləcək seçkilərin nəticələrinə öz müsbət təsirini göstərəcək. Mən son 15 ildə respublikamızda qazanılan uğurları, ölkəmizin firavanlığını nərəzə alaraq aprelin 11-də bütün gəncləri cənab İlham Əliyevə səs verməyə çağırıram.
Riyad RüstƏmli
Bakı Dövlət Universiteti
Politologiya və Sosiologiya
kafedrasının doktorantı,
Azərbaycan Dövlət Pedaqoji
Universiteti rektorunun köməkçisi
Xəbər lenti
Hamısına baxGündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00

