Ağcabədidə prezident seçkilərinə hazırlıq işləri başa çatıb
07.04.2018 [09:52]
82 saylı Ağcabədi seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri başa çatıb.
Seçki dairəsi dairə seçki komissiyasının sədri Nadir Qürbətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki məntəqələrinin hamısında cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə treninq və ixtisaslaşdırılmış kurslar keçirilib. Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr qoyulub. Seçkilərdə fəal iştirakın təmin olunması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış seçkilərə çağırış plakatları əhalinin ən çox gediş-gəliş yerlərində asılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb.
“Təqvim planı”na uyğun olaraq hazırda müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək 428 müşahidəçi dairə seçki komissiyasında qeydiyyatdan keçib.
Komissiya sədrinin bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 46 seçki məntəqəsi üzrə 46 min 344 seçici qeydə alınıb. Seçicilərdən 1314 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 360-nın 18 yaşı bu il tamam olub. Seçicilərin 980 nəfəri 80-100 yaş arasında, 8 seçicinin yaşı isə 100-dən artıqdır. 24 saylı seçki məntəqəsində qeydə alınmış 1900-cu il təvəllüdlü Püstə Təhməzova rayonun ən yaşlı seçicisidir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

