Mübariz Qurbanlı: Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır
11.04.2018 [11:20]
“Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfrans Ümumilli liderin ideyalarının beynəlxalq miqyasda daha geniş təbliğinə böyük töhfə verir. Heydər Əliyevin həyata keçirdiyi siyasətdə multikultural və tolerant dəyərlər hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, tolerantlıq, multikultural dəyərlər yeni terminlər kimi istifadə olunsa da, əslində Azərbaycan xalqının adət-ənənələrində, xarakterində, milli xüsusiyyətlərində əsrlər boyu yaşayıb və bu gün də davam etməkdədir”.
Bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın Azərbaycan Dillər Universitetində baş tutan açılışı zamanı bildirib.
Mübariz Qurbanlı deyib ki, Prezident İlham Əliyevin də siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğunu hər zaman görməkdəyik: “Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliği və təşviqində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də çox böyük işlər görüb. Ötən illər ərzində Kamal Abdullayevin rəhbərliyi ilə biz dəfələrlə müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslarda iştirak etmişik, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə də bu tədbirlərə qatılıb. Bu tədbirlərin coğafiyası olduqca böyükdür, İspaniya, Finlandiya, Avropanın müxtəlif ölkələri, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Ümumiyyətlə, bugünkü dünyamıza nəzər salsaq, bugünkü dünyada gedən prosesləri diqqətlə izləsək, multikulturalizmin nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın şəkildə görə bilərik. Multikulturalizmin alternativi varmı? Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır, dini toqquşmadır. Və biz bu cür toqquşmaları Yaxın Şərqdə görməkdəyik. Multikulturalizm, multikultural dəyərlər, bir-birinə tolerant yanaşma dövlətlərin, xalqların yaxınlaşmasına çox böyük təsir göstərən amildir. Avropada da multikulturalizmin iflasa uğradığını söyləyənlər var. Multikulturalizm iflasa uğrayırsa, onda belə çıxır ki, ayrı çıxış yolu qalmır, toqquşmadan qaçmaq mümkün deyil. Ancaq biz imkan verməməliyik ki, multikultural dəyərlər iflasa uğrasın. Burada hər kəs öz sözünü deməlidir, burada bütün ölkələrin ictimaiyyəti bir araya gəlməlidir və bütün insanlıq bəşəriyyəti daha böyük təhlükələrdən xilas etmək üçün səfərbər olmalıdır. Ona görə də Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq miqyasda keçiriləcək konfrans çox əhəmiyyətlidir. Bu gün çox mühüm bir tədbirin, konfransın açılışını həyata keçiririk. Bu konfransın davamı böyük coğrafiyanı əhatə edəcək”.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

