Səbailli seçicilər Azərbaycanın davamlı inkişafına səs veriblər
12.04.2018 [10:58]
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri də yüksək seçici fəallığı ilə yadda qalıb. Ölkənin hər yerində, o cümlədən paytaxtın Səbail rayonunda mütəşəkkil qaydada seçki məntəqələrinə gələn seçicilər azad, demokratik şəraitdə öz seçimlərini ediblər. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, səbaillilər iki seçki dairəsi üzrə səs veriblər. Bunlar 29 saylı Səbail seçki dairəsi, və 23 saylı Nəsimi-Səbail seçki dairəsidir. Həm 29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov, həm də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin sədri Ağabala Quliyev qəzetimizə verdikləri açıqlamalarda gün ərzində səbailli seçicilərin yüksək fəallıq nümayiş etdirdiklərini deyiblər.
Elə, dünən rayonun ayrı-ayrı ünvanlarında yaradılan seçki məntəqələrində, o cümlədən 29 saylı Səbail seçki dairəsinin 16 saylı seçki mənitəqəsində apardığımız müşahidələr də səbaillilərin seçkidə xüsusi aktivliklə işitrak etdiklərini təsdiqləyirdi. Yeri gəlmişkən, qəzetimizə açıqlama verən həmin məntəqənin sədri Fərhad İsmayılov deyib ki, bu məntəqədə seçkilərin gedişini müxtəlf partiyaları və QHT-ləri təmsil edən 18 yerli müşahidəçi izləyib: “Bizim məntəqə üzrə 1380 nəfər qeydiyyatdadır. Seçkilərə start verilən andan seçici fəallığı müşahidə edilir. Onu da deyim ki, Jurnalistlər Binasında yaşayan seçicilər də məhz bizim məntəqədə qeydiyyatdadırlar və gün ərzində həmin binanın sakini olan KİV təmsilçiləri də öz səsvermə hüquqlarından istifadə ediblər”.
Qeyd edək ki, həmin məntəqədə istər müşahidəçilər, istərsə də həmsöhbət olduğumuz seçicilər seçkilərin kifayət qədər mütəşəkkil qaydada keçdiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını deyiblər. Seçicilər bildiriblər ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar göz qabağındadır. Və bu uğurların davam etməsi üçün onların seçimi məhz cənab İlham Əliyevdir.
Eyni aktivlik 1229 seçicinin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsinin 19 saylı seçki məntəqəsində də müşahidə edilib. Məntəqə seçki komissiyasının sədri İlhamə Məlikova deyib ki, prosesi 20-dən artıq yerli müşahidəçi izləyib. Eyni zamanda, gün ərzində Serbiya və Polşadan olan beynəlxalq müşahidəçilər də məntəqədə olublar.
Qəzetimizə açıqlama verən Müasir Müsavat Partiyasından olan müşahidəçi Sevinc Nəbiyeva isə hər hansı qanun pozuntusunun qeydə alınmadığını deyib: “Burada həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edən müşahidəçilər üçün eyni şərait yaradılıb”.
Məntəqədə Yeni Azərbaycan Partiyasının müşahidəçisi Sevil Musayeva da insanların azad, demokratik şəkildə öz seçimlərini etmələri üçün lazımi şəraitin yaradıldığını deyib.
Eyni zamanda, gün ərzində baş çəkdiyimiz 29 saylı Səbail seçki dairəsinin 17, 18, 20 saylı, həmçinin 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 və 19 saylı seçki məntəqələrində də seçicilərin böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak etdiklərinin şahidi olduq. Sözügedən seçki məntəqələrində həmsöhbət olduğumuz seçicilər də Azərbaycanın davamlı inkişafına səs verdiklərini bəyan ediblər.
Öz növbəsində, rayon ərazisindəki məntəqələrdə səsvermənin gedişini izləyən xarici müşahidəçilər də prosesdən razılıqlarını bildiriblər. Məsələn, qəzetimizə özəl açıqlama verən Türkiyənin Ali Seçki Komissiyasının sədri Sadi Güvən “Biz Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında prezident seçkilərini müşahidə etmək üçün qardaş ölkəyə gəldik. Azərbaycanda seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün lazım olan şərait yaradılıb. Vətəndaşlar azad şəkildə gəlib səslərini verirlər. Bu seçkilərin nəticəsinin qardaş Azərbaycan xalqına uğur gətirəcəyinə inanıram” deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

