Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AHİK Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mini-futbol turniri keçirir

AHİK Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mini-futbol turniri keçirir

17.04.2018 [08:50]

Turnirin ilk günündə Yeni Azərbaycan Partiyasının həmkarlar ittifaqının komandası rəqibinə 6-5 hesabı ilə qalib gəlib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə sahə həmkarlar ittifaqları təşkilatları arasında mini-futbol turniri keçirir.
Dünən turnirə start verilib. Turnirdə 10 komanda mübarizə aparır. Turnirin ilk günündə Yeni Azərbaycan Partiyasının (YAP) həmkarlar ittifaqının komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həmkarlar ittifaqının komandası ilə qarşılaşıb.
Oyunda 6-5 hesabı ilə Yeni Azərbaycan Partiyasının həmkarlar ittifaqının komandası rəqibinə qalib gəlib.
Qeyd edək ki, final oyununun may ayının ilk günlərində keçirilməsi nəzərdə tutulur. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31