Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan dövlətinin milli ideologiyasının əsasını Ümummilli liderin azərbaycançılıq ideologiyası təşkil edir

Azərbaycan dövlətinin milli ideologiyasının əsasını Ümummilli liderin azərbaycançılıq ideologiyası təşkil edir

04.05.2018 [10:19]

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda doqquzuncu beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
BSU-da davam edən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransın plenar iclasında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ikigünlük tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. Rektor artıq ənənə halını almış konfransın Ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Ümummilli lider tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini bildirib. Ulu öndərin qısa vaxtda müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir.
Rektor diqqətə çatdırıb ki, 1990-cı ilin əvvəllərində xaos, anarxiya baş alıb gedən və vətəndaş müharibəsinə sürüklənən Azərbaycan dövləti Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ağır bəlalardan xilas olub.
N.Əliyeva deyib: “Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisəsdir. Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib. Ümummilli lider öz siyasəti ilə əsrlərboyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə - siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq idealogiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu”.
Konfransda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin ən böyük nəticələrindən biri azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olub. Görkəmli dövlət xadimi müstəqilliyimizin ilk illərində respublikanın gələcək uğurlu inkişafı üçün ideoloji hədəflər müəyyənləşdirib, Azərbaycanda əsrlərboyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini dövlət siyasəti müstəvisinə keçirib.
Məhz Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq Ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlət kimi ölkəmizin möhkəmləndirilməsinə və inkişafına yönəldilib.
F.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Azərbaycan dövləti irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Qeyd edilib ki, azərbaycançılıq ideologiyasının tanıdılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Ali təhsil müəssisələrində “Azərbaycanşünaslığın əsasları” kursu tədris olunur, hətta bu problemlərə dair bir neçə tədris vəsaiti də nəşr edilib. Bu sahənin əhatəli araşdırılması və öyrənilməsi üçün bir sıra təhsil müəssisələrində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ümummilli lider Heydər Əliyevi təkcə Azərbaycanın deyil, türk dünyasının yetişdirdiyi dahi şəxsiyyət adlandırıb, görkəmli dövlət xadimləri Atatürkün və Ulu öndərin xalqlarımızın taleyində mühüm rol oynadıqlarını və misilsiz xidmətlərini qeyd edib.
Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açan səfir dövlətimizin başçısının yenidən prezident seçildikdən sönra ilk səfərini Türkiyəyə etdiyini xatırladıb.
Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Mirzəzadə, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, türkiyəli professor Mehmet Şahin, gürcüstanlı alim xanım Miziya Mikadze və digər çıxış edənlər beynəlxalq səviyyəli konfransda iştirakdan məmnunluqlarını bildirib, tədbirin Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan danışıblar. Bildirilib ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Ümummilli liderin azərbaycançılıq ideologiyası təşkil edir.
Sonra konfrans işini “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan” bölmələri üzrə iclaslarla davam etdirib. Bölmə iclaslarında “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir”, “Tarixi şəxsiyyət, azərbaycançılıq ideologiyasının memarı”, “Heydər Əliyevin dil siyasəti”, “Müstəqil Azərbaycanın neft strategiyasında Xəzər neftinin yeri”, “Heydər Əliyevin milli kimlik konsepsiyası”, “Qloballaşma və müasir Azərbaycanın dil mınzərəsi”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan”, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə”, “Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Həmçinin Çexiyanın Mendel Universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Türkiyənin Pamuqqala Universitetinin nümayəndəsi Mehmet Şahin tərəfindən “Nargin faciəsi və Nuru Paşa” mövzusunda tədbir keçirilib.
Konfrans mayın 4-də yekunlaşacaq.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31