/ / Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti “Kral Vindzor At Şousu”nun tamaşaçılarını valeh edib
Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti “Kral Vindzor At Şousu”nun tamaşaçılarını valeh edib
15.05.2018 [09:04]
Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Kral Vindzor At Şousu”nda möhtəşəm proqramla çıxış edib. Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təqdim olunub.
ARAF-dan AZƏRTAC-a bildiriblər ki, şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, “Sərhədçi” rəqs qrupu, “Natiq” ritm qrupu və rəssamlar təmsil ediblər. “Land of Fire - Azerbaijan” (“Odlar Yurdu - Azərbaycan”) adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən “Kral Vindzor At Şousu”nun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Xalqımızın dünya atçılığına bəxş etdiyi nadir at cinsi, igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib.
Azərbaycan bu tədbirdə ilk iştirakından diqqət mərkəzində olub. Kraliça ailəsinə məxsus Vindzor qəsri hələ 1956-cı ildə Qarabağ atı ilə tanış olmuşdu. O vaxt kraliça II Elizabetə hədiyyə olunan “Zaman” adlı at Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıtmışdı.
Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupunun ecazkar ifasının sədaları altında Dövlət Sərhəd Xidmətinin 20 süvarisi məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində meydana çıxıb. Təqdim olunan kompozisiyada onları xoreoqraf, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam müşayiət edib. On iki dəqiqə davam edən şounun quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Nicat Kazımovdur.
Mayın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetlə görüşüb və ona rəmzi xatirə hədiyyəsi olaraq Qarabağ atının tuncdan hazırlanmış heykəlini təqdim edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

