Almaniyada keçirilən konfransda Azərbaycan multikulturalizmi yüksək qiymətləndirilib
05.05.2018 [16:09]
Azərbaycan Dillər Universiteti (ADU), Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın ilk bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda növbəti bölmə iclası BBMM-in, ADU-nun, Auqsburq Universitetinin və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Almaniyada keçirilib.
Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən danışıb.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru əvəzi Rəvan Həsənov çıxış edərək bildiriblər ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir.
Beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanda dini müxtəliflik”, Mainz Universitetinin professoru Hendrix Busoten “Eposun müqayisəli tədqiqatı: türkologiya kontekstində”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev “Azərbaycanlılar və almanlar arasında münasibətlər multikulturalizm kontekstində”, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski “Tolerantlıq və multicultural dəyərlər Azərbaycanda”, Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi) “Rus orthodox (Pravoslav) Yeparxiyası Azərbaycan multikulturalizminə nümunə kimi”, Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili “Alban-udi xristian icması Azərbaycanın multicultural şəraitində”, Protestant İcmasının rəhbəri xanım Vera Nesterova “Lüteranlıq Azərbaycanda” və ADU-nun professoru Aynur Sabitova “Heydər Əliyevin mədəniyyətlərarası dialoqda rolu: Azərbaycan və dünyanın ədəbi müqayisəsi kontekstində” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti, yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması barədə ətraflı söhbət açılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

