Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Miqrasiya Xidmətinin “Facebook”da rəsmi səhifəsi açılıb

Dövlət Miqrasiya Xidmətinin “Facebook”da rəsmi səhifəsi açılıb

16.05.2018 [09:33]

Mayın 15-dən “Facebook” sosial şəbəkəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi səhifəsi fəaliyyətə başlayıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə Xidmətin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyənləşdirilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini izləmək və təqdim olunan məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/miqrasiyaxidmeti/

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31