Konstitusiya Məhkəməsinin sədri Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib
19.05.2018 [09:19]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiyasının qəbul edilməsinin 25 illiyinə həsr olunmuş “Qlobal dəyişikliklər dövründə Konstitusiya və konstitusiya nəzarətinin vəzifələri” mövzusunda VIII Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün mayın 14-dən 17-dək Sankt-Peterburqda səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Konstitusiya məhkəmələrinin sədr və hakimlərinin, habelə Rusiya Federasiyası dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransın açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Konstitusiyanın 25 illiyi ilə bağlı Konstitusiya Məhkəməsinə ünvanladığı təbrik məktubu oxunub.
Konfransda Konstitusiya məhkəmələrinin konstitusiya hüququnun inkişafındakı rolu, milli qanunvericiliyin konstitusiya normalarına uyğunluğunun vacibliyi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məhkəmələrin qəbul etdikləri qərarlarda əks olunmuş hüquqi mövqelərin əsaslandırılmasında rolu və digər hüquqi məsələlər ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
VIII Peterburq Beynəlxalq Hüquq Forumunda Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev açılış nitqi ilə çıxış edib.
Forum çərçivəsində hüquq peşəsinin gələcəyi, hüquqşünaslıqda innovasiyalar, müasir dünyada intellektual hüquq, beynəlxalq ədalət mühakiməsi, hüquqi fəaliyyətdə innovasiyaların tətbiqinə dair mövzular ətrafında məruzələr edilib və müzakirələr aparılıb.
Səfər zamanı Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi binanın üzərinə Ümummilli liderin şərəfinə vurulmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri qoyulub.
Tədbirlərdə, həmçinin Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak edib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

