/ / “Təfəkkür” Universitetində Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
“Təfəkkür” Universitetində Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
24.05.2018 [09:26]
Mayın 23-də Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru Rahim Hüseynov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Rahim Hüseynov bildirib ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müəyyən dövrlərində böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində olub. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb: “Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb”.
Tədbirdə “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, “Təfəkkür” Universitetinin professoru Cümşüd Nuriyev, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Elnarə Akimova və başqaları çıxışlarında Şərqin ilk demokratik müsəlman dövləti olan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti müddətində öz üzərinə götürdüyü bir çox çətin tarixi vəzifələri şərəflə yerinə yetirdiyini söyləyiblər.
Konfransda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyi və çox çətin şəraitdə fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər cəsarətlə aradan qaldırıldı. T.Tağıyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş strategiyası nəticəsində müstəqil Azərbaycanın dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

