Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şərəfli səhifəsidir
24.05.2018 [09:28]
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev müsəlman Şərqinin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizin şərəfli və parlaq səhifəsi olduğunu söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışan A.Quliyev bildirib ki, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması - bütün bunlar Cümhuriyyətin yürütdüyü siyasəti xarakterizə edir.
Vurğulanıb ki, 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.
Diqqətə çatdırılıb ki, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Azərbaycan xalqının bu möhtəşəm tarixinin dünyaya çatdırılmasında Ulu öndərin böyük xidmətləri var. Onun tapşırığı ilə Tarix İnstitutu Cümhuriyyət tarixini əhatə edən çoxcildli kitablar nəşr etdirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır. 2014-cü ildə Tarix İnstitutu 2004-2005-ci illərdə nəşr olunmuş iki cilddən ibarət Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasını yenidən işləyərək çap etdirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

