Kənd təsərrüfatı naziri: Pambıq sahələrində təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir
23.06.2018 [09:20]
Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə halları kifayət qədər narahatedici və ciddi hadisələrdir. Bu məsələ dövlətimizin başçısının birbaşa nəzarətindədir. Respublika Baş Prokurorluğu tərəfindən baş verən hadisələrlə bağlı cinayət işi açılıb, hazırda araşdırmalar davam etdirilir. Hadisənin əsl səbəbi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov Şəkidə jurnalistlərə müsahibəsində söyləyib.
Nazirin fikrincə, bu hadisələr iki səbəbdən, ya dərmanların keyfiyyəti, ya da ki, tətbiqi ilə bağlı baş verə bilər. “Pambıq texniki bitki olduğundan bu sahə kimyəvi maddələrin tətbiqini zəruri edir. Burada əsas məsələ təhlükəsizlik qaydalarına riayət etməkdir. Bu öhdəliklər pambıqçılıqla məşğul olan özəl təsərrüfatların, fermerlərin üzərinə düşür. Onlar işçiləri sahəyə çıxararkən təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”, - deyə İnam Kərimov bildirib.
Jurnalistlərin baramaçılığın yem bazasının təşkili ilə bağlı suallarını cavablandıran kənd təsərrüfatı naziri deyib: “Keçən il ölkəyə 1,6 milyon ədəd, bu il isə 1,2 milyon ədəd tut tingi gətirilib. Bu sahə inkişafda olan bir sahədir. Bu il üçün hədəfimiz 450 ton idi. Artıq 500 tona yaxın barama istehsal olunub və gələcəkdə istehsal daha da artacaq. Fikirləşirik ki, gələn il ipəkqurdunun yemlənməsini təkcə tut tingləri ilə deyil, həm də bu sahədə yeni tətbiq edilən yem növləri ilə, hətta süni yemləmə növlərindən istifadə etməklə həyata keçirək. Biz artıq 500 ton yaş barama istehsal etmişiksə, deməli bu sahədə uğurlu işlər həyata keçirilir”.
Nazir İnam Kərimov bildirib ki, hazırda ölkə üzrə taxıl biçininə 2200-dək kombayn cəlb edilib. Onlardan 632-si “Aqrolizinq” ASC tərəfindən servis xidməti formasında təqdim olunur, 750 ədədi lizinqə verilib, 740 ədədi isə özəl şəxslər tərəfindən istifadə edilir. “Hesab edirik ki, texnikanın sayını artırmaq üçün ehtiyac var. Bu məqsədlə “Aqrolizinq” tərəfindən sifarişlər verilib. Bu proses bir az vaxt aparır. Bu il məhsuldarlıq bol olduğu üçün bir az texnika qıtlığı müşahidə olunur. Gələn il yeni texnika alındıqdan sonra biz artıq belə problemlərlə üzləşməyəcəyik. Biz, həmçinin gələn mövsümə kimi texnikanın idarə edilməsində yeni texnologiyalarından istifadə etməyi düşünürük. İstehsalçılar artıq internet vasitəsilə mövcud texnikanı sifariş verə biləcək”, - deyə nazir İnam Kərimov bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

