/ / Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
23.06.2018 [09:23]
Ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Fərhad Abdullayev bildirib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Diqqətə çatdırılıb ki, Konstitusiyada ilk konstitusiya nəzarət orqanının - Konstitusiya Məhkəməsinin yaradılması da əksini tapmışdı. Konstitusiyanın qəbulundan üç il sonra Ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi formalaşdırılıb və bu sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.
Fərhad Abdullayev Konstitusiyada Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət olmasının əksini tapdığını qeyd edərək vurğulayıb ki, 2001-ci ildə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulan Azərbaycan beynəlxalq təcrübəyə böyük əhəmiyyət verərək məhkəmə-hüquq sahəsində Avropanın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq edir.
Sədr Fərhad Abdullayev əsas vəzifəsi qanunların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna nəzarət edilməsi olan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının iyulun 14-də 20 illiyinin tamam olacağını diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət Konstitusiya Məhkəməsinin vacib təsisat olduğunu göstərdi. İnsan hüquq və azadlıqlarının məhkəmə-hüquq müdafiəsinə xüsusi önəm verilərək, 2002-ci ildə Əsas Qanuna edilən əlavə və dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ daha da genişləndirilib. Bu dəyişikliklərdən sonra ombudsmanla yanaşı, hüquqi və fiziki şəxslər də Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ qazandılar. Ötən dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 371 qərar qəbul edilib. Son illərdə beynəlxalq konstitusiya ədalət mühakiməsi sahəsində də fərdi şikayətlər vasitəsilə ədalət mühakiməsinin təmin edilməsi tendensiyasının güclənməsi müşahidə olunur.
Nümayəndə heyətinin sədri Tayeb Louh Azərbaycan ilə Əlcəzair arasında müxtəlif sahələrdə təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, ölkəsinin Konstitusiya Şurası ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. Əlcəzairin məhkəmə-hüquq sistemi və Konstitusiya Şurasının fəaliyyəti barədə ətraflı məlumat verən qonaq ölkələrimizin Konstitusiya sistemlərində oxşarlığın olduğunu diqqətə çatdırıb.
Hüquqi dövlətin inkişafında Konstitusiya Şurasının vacib missiyasını xüsusi vurğulayan Tayeb Louh bildirib ki, Əlcəzairin Konstitusiya Şurası normativ hüquqi aktlarla yanaşı, qüvvəyə minməmiş beynəlxalq müqavilələrin də ölkənin Əsas Qanuna uyğunluğunu yoxlayır. Nümayəndə heyətinin rəhbəri 2016-cı ildə Əlcəzair Konstitusiyasına edilən dəyişikliklərdən sonra Konstitusiya Şurasına müraciət etmək hüququnun genişləndirildiyini vurğulayıb.
Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edən Əlcəzairin ədliyyə naziri Tayeb Louh Azərbaycanın sürətli inkişafından və ölkəmizin gözəlliyindən məmnunluğunu bildirib.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib, fotoşəkil çəkdirilib.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin Plenum zalı ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

