/ / “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifələri” mövzusunda respublika elmi konfransı keçirilib
“Azərbaycan dövlətçilik tarixinin parlaq səhifələri” mövzusunda respublika elmi konfransı keçirilib
20.12.2018 [10:05]
Dekabrın 19-da AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifələri” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Bildirib ki, AMEA-nın Rəyasət Heyətinin bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, humanitar və ictimai elmlər bölmələrinin elmi müəssisələrində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib, məqalələr, kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyalar nəşr olunub, sərgilər təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin xalqımızın milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini deyən akademik bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Onun imzaladığı müvafiq sərəncamların Cümhuriyyət tariximizə diqqət və qayğının göstəricisi olduğunu bildirib.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə AXC-nin yaranma tarixindən danışıb. Vurğulayıb ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. O bildirib ki, bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunduğunu deyən akademik qeyd edib ki, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Akademik Cümhuriyyət dövründə Azərbaycanın ilk universitetinin təsis olunduğunu, təhsilin milliləşdirildiyini, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırladığını, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.
Konfransda AMEA-nın professoru Aynur Sabitova “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli dövlətçilik və istiqlal ideyaları”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, professor Alxan Bayramoğlu “Azərbaycan Cümhuriyyəti dövründə ədəbi hərəkat”, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Azərbaycan milli məfkurəsinin inkişafında AXC-nin yeri və rolu”, professor Sayalı Sadıqova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti”, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə “Azərbaycan Cümhuriyyəti və maarifçilik fəlsəfəsi”, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsində müasir təhsil məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

