Virusdan necə qorunaq?
27.01.2020 [15:17]
Qış fəslində havaların qeyri-sabit keçməsi bir çox virusların artmasına səbəb olur. Məlum olduğu kimi, hazırda koronavirusa yoluxanların sayı artmaqdadır. Belə ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 2762 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 80-ə çatıb.
Məlumat üçün bildirək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Havaların soyuması kəskin respirator virus infeksiyalarının, yəni, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə gətirib çıxarır. Bəzən isə həmin xəstəliyə yoluxanlar həkimə müraciət etməkdən çəkinir və apteklərdən müxtəlif dərman vasitələri alırlar. Qrip əleyhinə ən təsirli vasitələr həb və tozşəkilli preparatlar hesab olunur. Həmin preparatların ayrı-ayrılıqda qəbulu sağlamlıq üçün faydalı olduğu halda, onların birgə qəbulu qaraciyərdə toksiki təsiri artırır. Ona görə də həmin dərmanların mütəxəssis məsləhəti ilə müəyyən olunmuş miqdarda qəbulu məqsədəuyğundur.
insanın qrip virusuna yoluxması əlamətlərin ortaya çıxmasından bir-iki gün əvvəl başlayır və ağırlaşma olmazsa, 5-7 gün müddətində davam edir. Xəstələr bu zaman düşünürlər ki, toz dərman vasitələrini qarışdırıb içmək onlara şəfa verəcək. Lakin bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar hesab olunur. Onların arasında “Parasetamol” və “Nimesil” ən təsiredici sayılır.
Mütəxəssislərin sözlərinə görə, virusa qarşı antibiotikin o zaman tətbiq edilməsi lazımdır ki, ağırlaşmaların qarşısı alınsın. Hər mövsüm qripin ayrı-ayrı formaları olduğuna görə standart dərman preparatı mövcud deyil və virusa qarşı aptekdə nəzarətsiz dərman preparatlarının alınıb qəbul olunması çoxlu fəsadlar yarada bilər.
Azyaşlılarda isə eyni qrupdan olan bir neçə dərmanın verilməsi qaraciyərə zərər verməklə toksiki hepatitə səbəb ola bilər. 3-6 aylıq körpələr, böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkənlər, xroniki xəstəliyi olanlar və hamilə qadınlar üçün belə preparatlar olduqca təhlükəlidir.
Vurğulanıb ki, bəzən xəstələr dərman vasitələri ilə əlaqədar əczaçılara müraciət edirlər. Lakin vətəndaşlar bilməlidirlər ki, aptekdə xəstələrə hansısa dərmanların məsləhəti qadağandır. İstər qrip, istərsə də digər viruslardan sağlamlığı qorumaq üçün vaxtında və düzgün profilaktikanın tətbiqi mütləqdir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

