Azərbaycan hökuməti koronavirus xəstəliyinin qarşısının alınması üçün müvafiq addımlar atır
12.03.2020 [09:21]
Müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməmiş və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla bağlı (COVID-19) son vəziyyəti açıqlayıb. Belə ki, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 119 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 119220 nəfər yoluxub (297 yeni yoluxma), 4299 nəfər ölüb (25 yeni ölüm), 66564 nəfər isə sağalıb (1400 yeni sağalan). Bununla yanaşı, Türkiyə, Boliviya, Konqo və Yamaykada da koronavirusa ilk yoluxma halları müəyyən edilib.
Vurğulandığı kimi, dünyada bu virusun yayılmasına qarşı mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycanın aidiyyəti orqanları da koronavirusla bağlı şəffaf, açıq və effektiv fəaliyyət göstərirlər. Belə ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verdi, bir gün sonra isə mətbuat konfransı keçirilərək, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı.
Qeyd edilməlidir ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı və məlumat azlığının əhali arasında təşviş yarada biləcəyini nəzərə alaraq ÜST ilə yanaşı əhali də məlumatlandırıldı. Artıq bir müddətdir ki, sərhəd bölgələrinə fərqli rəsmi orqanların heyətləri göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. Koronavirusun daha çox yayıldığı bildirilən İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir.
Yeri gəlmişkən, İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıb və evə buraxılıb.
Qeyd etmək lazımdır ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi də davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. Artıq müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməmiş və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.
Qeyd edildiyi kimi, Azərbaycan hökuməti koronavirus infeksiyasının qarşısının alınması, bu infeksiyanın kütləviləşməməsi üçün bütün vacib addımları atır. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, ölkəmizdə bu xəstəliyə qarşı müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20

