Gənclər arasında narkomanlığa qarşı mübarizə gücləndirilir
26.06.2020 [09:29]
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.
Konfransda bildirilib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Azərbaycanda narkomanlıq ilə mübarizə Ümummilli Lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Bu günədək həmin sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.
Nazir Azad Rəhimov qeyd edib ki, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyənləşdirib.
Azad Rəhimov nazirliyin narkomaniya ilə mübarizə çərçivəsində həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirib ki, narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur. Gənclərin maarifləndirmə və məlumatlandırma fəaliyyətində Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər yaxından iştirak edir, gənclərlə bilik və təcrübələrini bölüşürlər.
A.Rəhimov deyib: “Nazirlik ilk dəfə “Həyatla oyun” adlı tamaşanı 2012-ci ildə səhnələşdirib. Tamaşa ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılanıb. 2012-2019-cu illərdə Bakıda və respublikanın digər rayon və şəhərlərində 19-dan çox gənclərin fiziki aktivlik və sağlamlıq festivalları keçirilib. Festivallar çərçivəsində məktəblilər arasında yarışlar olub, bir sıra idman növləri üzrə fəaliyyətlər nümayiş etdirilib. 2017-2019-cu illərdə respublikanın 16 rayonunda “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi ilə maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərdə üç minə yaxın yeniyetmə və gənc iştirak edib. Bununla yanaşı, nazirliyin Bakıda, ölkəmizin digər şəhər və rayonlarındakı yerli idarələrində, eyni zamanda, qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. 2016-cı ildə “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans və sərgi, 2018-ci il də isə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi Dövlət Komissiyası ilə birgə təşkil olunub”.
Vurğulanıb ki, nazirlik Dövlət Komissiyasının İşçi qrupu ilə daim əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirir. Bu da tədbirlərin səmərəliliyinə müsbət təsirini göstərir. Hazırda respublikamızda fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələrində gənclərin qeyri-formal təhsili, sağlam həyat tərzi, gənclərin iştirakı, inkişafı, psixososial dəstək, peşə seçimi, informasiya-məsləhət xidmətinin göstərilməsi, karyera planlaşdırılması kimi xidmətlərə cəlb edilməsi onların asudə vaxtlarının səmərəli təşkilində, zərərli vərdişlərdən uzaqlaşdırılmasında və layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Videokonfransda diqqətə çatdırılıb ki, narkomaniyaya qarşı mübarizədə atılan addımlar müsbət nəticə verməkdədir. Lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə, yeni və kreativ aksiyaların həyata keçirilməsinə ehtiyac var. Pandemiya və post-pandemiya dövründə bu sahədə həyata keçirilməli olan tədbirlərin formaları üzərində yenidən müzakirələr aparılmalı, müasir, təsiredici layihələrin keçirilməsi gündəmə gəlməlidir.
Qeyd olunub ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyi və digər dövlət qurumları narkomaniyaya qarşı mübarizəyə töhfələrini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyəti məqsədyönlü şəkildə davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

