/ / Dövlətimizin KİV təmsilçilərinə yüksək diqqət və qayğısı medianın inkişafında əhəmiyyətli rol oynayır
Dövlətimizin KİV təmsilçilərinə yüksək diqqət və qayğısı medianın inkişafında əhəmiyyətli rol oynayır
24.07.2020 [23:25]
Milli mətbuatımızın yubileylərində jurnalistlərin fəxri adlarla, müxtəlif dövlət mükafatları ilə təltif olunmaları qələm sahiblərinin daha səmərəli fəaliyyət göstərmələri üçün stimul yaradır
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də “Kütləvi informasiya vasitələrinin əməkdaşlarının “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi”, “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi”, “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi” və “Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi” haqqında müvafiq sərəncamlar imzalayıb. Bu sərəncamlar dövlətimizin milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir və ölkəmizdə azad sözə, fikrə verilən dəyərin təcəssümüdür. Onu da deyək ki, jurnalistlərin əməyinə yüksək dəyərin verilməsi onların gələcək fəaliyyəti üçün də mühüm stimul yaradır. Elə ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan həmkarlarımız da bu qənaətdədirlər.
Dövlət başçısnın müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov yüksək təltif münasibəti ilə ölkə Prezidentinə öz təşəkkürünü bildirib. Azərbaycanın milli mətbuatının inkişafı istiqamətində mühüm addımların atıldığını bildirən D.İsmayılov qeyd edib ki, bu gün ölkəmiz qlobal informasiya məkanında öz yeri, çəkisi ilə seçilir. D.İsmayılov onu da qeyd edib ki, dövlətimizin KİV təmsilçilərinə göstərdiyi diqqət və qayğı nəticəsində milli mediamızın peşəkarlıq səviyyəsi, müasir tələbələrə cavab verməsi təmin eidlməkdədir: “Ötən 17 ildə Prezident İlham Əliyev tərəfindən jurnalistlərin, qəzet redaksiyalarının, elektron KİV-in problemlərinin həlli yöünündə davamlı tədbirlər görülüb, Fərman və sərəncamlar imzalanıb. İstər fəxri adların bərpası, istərsə də jurnalistlərin mənzillə təminatı dövlətin azad sözə vediyi dəyərdən irəli gəlir. Milli mətbuatımızın 145 illik yubileyində də mətbuat işçiləri ölkə Prezidenti tərəfindən yüksək fəxri adlarla təltif olundular. Cənab Prezidentimiz məni də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edib. Həm öz adımdan, həm də bütün media işçiləri adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, dövlətimizin bu qayğısı milli mətbuatımızın gələcək inkişafında əhəmiyyətli rola malik olacaq”.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə qəzetimizə açıqlamasında bildirib ki, ötən 145 ildə Azərbaycan milli mətbuatı şərəfli və zəngin bir yol keçib. Ölkəmizdə hər zaman mətbuatın, azad sözün inkişafının diqqət mərkəzində saxlanıldığını bildirən F.Xəlilzadə deyib ki, Azərbaycan mətbuatı dilimizin saflığının, təmizliyinin qorunub saxlanılmasında, ədəbi dilimizin zənginləşməsində mühüm rol oynayır: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən dünya standartlarına uyğunlaşdırılaraq inkişaf etdirilən dövlət siyasətimiz nəticəsində bütün sahələrdə olduğu kimi, KİV-in inkişafı istiqamətində də mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mətbuata, mətbuat işçilərinə qayğısı bitməz tükənməzdir. İstər redaksiyaların maddi-texniki təminatının gücləndirilməsi, istərsə də jurnalistlərin sosial qayğılarının həlli, jurnalistlərin mənzillə təmin edilməsi və digər mühüm amillər Azərbaycan mətbuatının dünya standartları çərçivəsində inkişafını tam təmin edir. Eləcə də milli mətbuatımızın yubileylərində jurnalistlərin fəxri adlarla təltif edilməsi qələm sahiblərinin daha böyük ruhla öz işini sevməsinə, fəaliyyət göstərməsinə stimul yaradır. Bu il mətbuatın 145 illik yubileyində cənab Prezidentimiz tərəfindən “Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü”nə layiq görülmüşəm. Bu diqqətinə görə möhtərəm Prezidentimizə ürəkdən minnətdarlıq edirəm. Milli mətbuatımıza, ədəbiyyatımıza bağlı 50 ilə yaxın fəaliyyətimdə hər zaman milli dövlətçiliyimizin, milli ruhumuzun qorunması, vətənpərvərliyin təbliği, şərəfli tarixi irsimizin təşviqi istiqamətində onlarla kitab, minlərlə məqalələr yazmışam, televiziya proqramları hazırlamışam. Dəfələrlə Prezidentimiz tərəfindən müxtəlif dövlət mükafatları ilə təltif edilmişəm və bu səbəbdən özümü xoşbəxt jurnalist hesab edirəm. Ölkə başçısının əməyimə verdiyi dəyər olduqca yüksəkdir. Bir daha öz adımdan, bütün mətbuat nümayəndələri adından cənab Prezidentimizə təşəkkür edirəm, Azərbaycan mediasına göstərdiyi diqqətə və dost qayğısına görə minnətdarlığımı bildirərəm”.
Ölkə başçısının müvafiq Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da bu fəxri ada layiq görüldüyü üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib. V.Zifəroğlu Prezident İlham Əliyevə öz təşəkkürümü bildirib və qeyd edib ki, “Əməkdar jurnalist” adı öz peşə fəaliyyətinə məsuliyyətlə yanaşan, peşə fəaliyyətini vicdanla, ləyaqətlə yerinə yetirə bilən hər bir jurnalist üçün dövlətinin, Prezidentinin verdiyi ən yüksək dəyər, ən yüksək qiymətdir: “Fəaliyyətimə verdiyi bu dəyərə görə Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, hər bir jurnalist üçün verilən bu dəyərdən böyük heç nə ola bilməz. Fürsətdən istifadə edərək mətbuatımızın böyük, şərəfli bir tarix keçdiyi 145 illik yubileyi münasibətilə Prezidentimiz tərəfindən təltif olunan bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edirəm”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51

