Dayanıqlılığın təmin olunması üçün yeni təcrübə və metodların tətbiqi zəruridir
12.08.2020 [09:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu və mütərəqqi siyasət davam etdirilir. Son dövrlərdə keçirilən müşavirələrdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin xüsusi əhəmiyyət kəsb etdiyini görürük. Müşavirə və görüşlərdə dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər birmənalı olaraq yeni və təkmil idarəetmə modellərinin tətbiqi ilə bağlıdır. İşlək mexanizmin müsbət nəticələr qazanması və dayanıqlılığın təmin edilməsi üçün yeni təcrübə və metodların tətbiqi zəruridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Şahin Seyidzadənin “Hökumət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, dövlət şirkətlərinin idarə edilməsində “korporativ idarəetmə” prinsiplərinin tətbiqi günün tələblərindən biridir. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə Azərbaycan Prezidentinin də vurğuladığı kimi, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, problemlər olacaq. Dövlətimizin başçısı bu istiqamətdə çox ciddi addımların atılmalı olduğunu diqqətə çatdıraraq, yeni idarəetmə sisteminin qurulmasının vacibliyini vurğuladı.
Yazıda, həmçinin dövlət şirkətlərinin səmərəliliyinin “investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməsinin vacibliyindən də danışılır. Bildirilir ki, dövlətimizin başçısı qeyd etdiyi kimi, özəl sektorda itki olanda, subyekt müflisləşir və heç kəs onun köməyinə gəlmir. Amma dövlət şirkətləri problemlərinin dövlət hesabına ödənilməsinə öyrəşiblər.
“Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərə əsasən deyə bilərik ki, sözügedən dövlət şirkətlərinin səmərəlilik göstəriciləri mütləq halda “investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməli, nəticələr dəyərləndirilməlidir. Dövlət tərəfindən ayrılan investisiya və yatırımlar səmərəli istifadə edilmədiyi və yaxud düzgün strategiya ilə sərf olunmadığı üçün bu gün gözlənilən nəticələrin alınmasında problem yaranır. Dövlətimizin başçısı qeyd etdiyi kimi, özəl sektorda itki olduğu zaman o, müflisləşir və yekunda biznes bağlanır. Amma dövlət şirkətlərində bu hal baş verən zaman dövlət tərəfindən dəstəyin olması onlarda bu qüsurları yaradan amillərin aradan qaldırılması üçün yox, olduğu kimi davam etməsinə zəmin yaradır”, - deyə deputat bildirir.
Ş.Seyidzadə vurğulayır ki, dövlət şirkətlərinin qısa və uzunmüddətli “Əsas effektivlik göstəriciləri” (KPİ - Key Performance Indicators) müəyyən olunmalıdır. Xərclərə dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan Ş.Seyidzadə bildirir ki, KPI əvvəlcədən müəyyənləşdirilən zaman təyin edilən işin və idarəetmənin yekununda gözlənilən müsbət nəticənin qazanılması faizi yüksək olur. Hər bir istiqamətdə işin təşkili zamanı KPI müəyyənləşdirilməli, qısa, orta və uzunmüddətli yoxlama nöqtələri təyin edilərək, səmərəlilik artırılmalıdır. Bunun nəticəsində israfçılıq və dövlət tərəfindən üzərinə götürülməli problemlərin yaranması faizi də getdikcə aşağı düşəcək.
Dövlət şirkətlərinin idarə edilməsində “Public-Private Partnership” (“PPP” modeli - dövlət-özəl sektor tərəfdaşlığı) modelinin tətbiqinin əhəmiyyətini vurğulayan Ş.Seyidzadə bildirib: “Dövlətimizin başçısı müşavirədə qeyd etdiyi kimi, dövlət-özəl sektor tərəfdaşlığı daha konkret layihələr əsasında özünü göstərməlidir. Burada mütləq yeni yanaşma olmalıdır. Dövlət-özəl sektor tərəfdaşlığı modeli tətbiq olunan zaman bu sahədə bir çox istiqamətdə qazanc əldə edilə bilər. Məsələn, beynəlxalq təcrübədə inkişaf etmiş ölkələrdə bunun mövcudluğu qeyd edilib. Bu istiqamətdə layihələr üzərində işin aparılması, tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi son dərəcə vacibdir”.
Deputat sonda qeyd edir ki, Prezident İlham Əliyevin tapşırığı ilə su təsərrüfatında olduğu kimi, digər sahələrdə də idarəetmənin təkmilləşdirilməsi yaxın müddətdə həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

