“Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb
30.12.2020 [09:16]
Azercell-in rəqəmsal sponsorluğu ilə keçirilən jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin rəqəmsal sponsorluğu ilə keçirilən “InnoWeek-İnnovasiyalar həftəsi 2020” çərçivəsində jurnalistlər arasında müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqəni münsiflər heyətinin 3 nominasiya üzrə qiymətləndirməsi nəticəsində “Innoweek-İnnovasiya həftəsi 2020” haqqında “Ən yaxşı veriliş” nominasiyasında ARB 24 televiziyasının “İş vaxtı” verilişinin müəllifi Faiq Abasquliyev, “Ən yaxşı TV süjet” nominasiyası üzrə CBC televiziyasının əməkdaşı Nigar Rəhmanova, “Ən yaxşı məqalə” müəllifi kimi “Oxu.az” saytından İlhamə Əbülfət qalib seçilib. Qaliblərə sertifikat və dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “InnoWeek - İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə dekabrın 14-19-da onlayn şəkildə baş tutub. Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi məqsədlərinə xidmət edən tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bir-birindən maraqlı və fərqli toplantılar təşkil olunub. Bu günlər ərzində Ümumdünya İnternet Sammiti, kibertəhlükəsizlik vebinarı, “İnnovasiyalar və Texnologiyalar” Forumu, “Yaradıcı həllərə doğru” Olimpiadası keçirilib, onlayn kiber idman turniri təşkil olunub. Eyni zamanda, 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələr mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

