Koronavirusun pərdəarxası
02.11.2022 [10:38]
Və ya “yeni dalğaya hazır olun!” xəbərdarlığı
Nicat DİLQƏMLİ
Hələ 2 il öncə, daha dəqiq desək, 2019-cu ilin dekabr ayında ilk dəfə Çində aşkar edilən, daha sonra isə 220-dən çox ölkədə sürətlə yayılan koronavirus pandemiyası bu günə qədər təxminən 6 milyon nəfərin ölümünə səbəb olub. Rəsmi məlumatlara görə, hazırda 14 milyona yaxın aktiv xəstə sayı qeydə alınıb. Statistikaya nəzər yetirdikdə koronavirus pandemiyasının hələ də başa çatmaması aydın olur. Lakin digər bir önəmli məsələ COVID-19 pandemiyasının yeni dalğalarının yayılması ehtimalları ilə bağlıdır. Yay aylarında yoluxma hallarının artım dinamikasında bir xeyli azalma müşahidə olunsa da, virusun tamamilə bitəcəyi barədə proqnozların sayı, demək olar ki, sıfıra bərabər idi. Başqa sözlə, koronavirusla bağlı araşdırmalar aparan alimlər öz açıqlamalarında bir o qədər də nikbin görünmürdülər.
Virusun hələ bir neçə il mövcud olacağı, bununla bərabər, müxtəlif növ mutasiyalarının yaranacağı da zaman-zaman gündəmin əsas mövzularından olan xəbərlərə çevrilirdi. Lakin Ümumdünya Səhiyyə Təşkilatından yayılan məlumatların nə dərəcədə doğru olub-olmamağı barədə heç bir rəsmi məlumat verilmədi. Əfsuslar olsun ki, koronavirusun yenidən alovlanacağı ilə bağlı xəbərlər bu gün də dünya mediasının əsas xəbərlərinə çevrilib. Belə xəbərlərdən biri ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində yer alıb. Məqalədə deyilir: “Hazırlaşın, üfüqdə növbəti koronavirus dalğası görünür”.
“Vaşinqton Post”da dərc olunan “İmmunitetdən yayınan yeni virus növü peyda olub. Onunla necə mübarizə aparmalı?” başlıqlı məqalədə bildirilir ki, söhbət koronavirus infeksiyasının BQ.1 adlandırılan növündən və onun BQ.1.1 adlı alt variantından gedir. Qəzet yazır ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qismən modelləşdirmə prinsipinə əsaslanaraq BQ.1 və BQ.1.1 variantlarının hazırda Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların 17 faizini təşkil etdiyini açıqlayıb: “Cəmi bir neçə həftə əvvəl bu göstərici sıfıra bərabər idi”.
BQ.1 və BQ.1.1-ə yoluxma hallarının xüsusilə Nyu-York ştatında artdığını diqqətə çatdıran “Vaşinqton Post” Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla xəbər verir ki, sözügedən kateqoriyaya aid olan yoluxmalar yaxın zamanda bütün ölkəni əhatə edə bilər. Qəzet qeyd edir ki, virusun yeni növü son dövrlərdə ən geniş yayılmış BA.5 növündən törəyib: “BA.5 variantına yoluxmalar tədricən azalır. Yeni variantla bağlı narahatlıq doğuran əsas səbəb isə odur ki, o, koronavirusun digər növləri ilə müqayisədə immun sistemindən daha çox yayınmağı bacarır. Buna görə peyvəndlənməmiş və ya gücləndirici dozalar qəbul etməmiş şəxslər xüsusilə risk altındadır. Riski artıran başqa bir səbəb qarşıdan bayramların gəlməsidir. Bayramda adamlar bir-biriləri ilə daha sıx təmasda olur, qapalı məkanlarda daha çox vaxt keçirirlər, təhlükəsizliyə gələndə isə uzağı ən adi təhlükəsizlik qaydalarına əməl etməklə kifayətlənirlər. Güman ki, Avropada qrip mövsümünün daha tez başlanmasının, xüsusilə uşaqlar arasında kəskin respirator virus infeksiyalarının geniş yayılmasının kökü də bundadır. Belə vəziyyət isə xəstəxanaların pediatriya şöbələrinin yüklənməsi ilə nəticələnir. Koronavirusun yeni dalğasının start götürməsi, əlbəttə, heç kimə xoş deyil, ancaq hər kəs buna hazır olmalıdır”.
Məqalə virusdan qorunma yollarının izah edilməsi ilə bağlı məlumatların qeyd olunması ilə başa çatır.
Günlərdir dünya gündəmini zəbt edən digər önəmli bir məlumat isə COVID-19 infeksiyasının məqsədli şəkildə yayılması xəbəridir. Belə ki, Almaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu koronavirusun biomühəndislik üsulu ilə, yəni süni yaradıldığına dair sübutlar tapıblar. Bu barədə N-TV kanalına araşdırmada iştirak edən Vürzburq Universitet Xəstəxanasının alimi Valentin Bruttel məlumat verib. “Tədqiqatımızın nəticələri göstərir ki, bu virus 99,9% təbii virusun süni şəkildə yaradılmış surətidir” - Bruttel deyib. Alimin sözlərinə görə, o, 2021-ci ilin yayında Sars-CoV-2 genomunda anomaliyaları müşahidə edib və o vaxtdan onun mənşəyinin öyrənilməsi ilə məşğul olub. Alman mütəxəssis izah edib ki, onlar koronavirus genomunda sintetik viruslar üçün xarakterik olan spesifik nümunə tapıblar, təbii viruslara isə bunların ixtiyari şəkildə yayılması xasdır (yəni ola da bilər, olmaya da). Tədqiqatın nəticələrinə görə, SARSCoV-2 “böyük ehtimalla “in vitro” (“sınaq şüşəsi”ndə) toplanmış yoluxucu klon kimi yarana bilərdi. Əslində belə bir versiya lap əvvəldən də gözardı edilməmişdi.
Hər nə qədər müxtəlif fikirlər, iddialar səsləndirilsə də, görünən odur ki, virusun yaxın vaxtda təbiətin tarixinə qovuşması gözlənilən deyil...
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

