Tələb artır, təklif isə yoxdur...
06.12.2022 [10:41]
Mənzil bazarında nə baş verir?
Bu ilin avqust ayından başlayaraq paytaxtın mənzil bazarında qiymətlər tez-tez dəyişir. Yeni tədris ilinin başlanılması ilə əlaqədar olaraq sentyabr ayından bu dəyişiklik bir az da sürətləndi.
Təbii ki, tək səbəb tələbələrin paytaxta kütləvi şəkildə axın etməsi deyil. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi də paytaxtın mənzil bazarındakı qiymətlərin dəyişməsinə səbəb olur. Belə ki, hər iki ölkənin vətəndaşları Bakıya və ətraf bölgələrə üz tuturlar. Bundan başqa, rayonlardan işləmək məqsədilə Bakıya gələn vətəndaşlarımız da az deyil. Qeyd edilən bütün bu məqamlar paytaxtda mənzil qiymətlərinin bahalaşmasına və təklif edilən kirayə evlərin sayının azalmasına səbəb olur.
Ümumiyyətlə, artıq yola salmağa hazırlaşdığımız 2022-ci il paytaxtda mənzil almaq istəyənlər üçün bir o qədər də uğurlu olmadı. Çox sürətlə dəyişən mənzil bazarında hökm sürən bahalaşmanın nə qədər davam edəcəyi isə çoxlarını düşündürür. 2023-cü ildə ev almaq istəyənlərin arzusu reallaşacaqmı?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə əvvəlcə əmlak bazarındakı vəziyyətlə bağlı məlumat verib. O, mənzillərin təxminən 20-25% bahalaşdığını bildirib: “Ötən bir neçə ay ərzində müşahidə edilən qiymət dəyişikliyinə nəzər yetirsək, görərik ki, noyabr ayından etibarən daşınmaz əmlak bazarındakı qiymətlərdə nisbətən stabillik hökm sürür. Başqa sözlə, qiymətlər ötən aya qədərki müddətdə kifayət qədər bahalaşıb. Noyabr ayından isə çox cüzi artımlar olub. Düşünürəm ki, bu ayda qiymət artımı avqust-sentyabrdakı kimi sıçrayışlı olmayacaq. Keçən il 40-45 min manat olan 1 otaqlı mənzil hazırda 60-65 min manatdır. 2 otaqlılar 70-75 min manat idisə 80-85 min manata, 3 otaqlılar isə artıq 100 min manatdan yuxarı qiymətə təklif olunur. Bütün bu rəqəmlər köhnə tikili binalara aiddir. Ən çox bahalaşma isə “Leninqrad” proyekti olan binalarda müşahidə edilir. 80-ci illərdən sonra inşa edilən bu binaların bahalaşması onların ipotekaya yararlı olması ilə əlaqəlidir”.
Bahalaşmaya səbəb olan əsas amillərdən söz açan R.Qasımzadənin dediyinə görə, həm tələbələrin ənənəvi tədrisə başlaması, həm də Rusiya-Ukrayna müharibəsi nəticəsində əcnəbilərin ölkəmizə pənah gətirməsi kirayə bazarına xeyli təsir edib: “Ümumiyyətlə, sentyabr ayından etibarən tələbin artması, təklifin isə azalması nəticəsində kirayə mənzil bazarında qiymətlər bahalaşdı. Bu tendensiya hazırda da davam edir. Kirayə mənzillərin tapılmamasının digər səbəblərindən biri də ötən illər ərzində xeyli evin sökülməsi, onların yerindəsə yenilərinin hələ tikilməməsidir. Nəticə etibarı ilə evləri sökülən vətəndaşlar kirayələrdə məskunlaşırlar. Bu da təbii ki, bazara öz təsirini göstərir”.
Əmlak eksperti qiymət artımının qarşıdan gələn 2023-cü ildə də davam edəcəyi qənaətindədir.
Nicat DİLQƏMLİ
Xəbər lenti
Hamısına baxSosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54

